booked.netbooked.net booked.net  

Moskva vilayətində baş vermiş terror aktı ilə əlaqədar Kemerovo vilayətində martın 23-dən 25-dək matəm elan edilib.

Tezadlar.az bildirir ki, bu barədə Kuzbass qubernatoru Sergey Tsivilevin Telegram kanalında məlumat verilib.

“Moskva vilayətində baş vermiş faciə ilə əlaqədar qubernator Sergey Tsivilev Kuzbassda martın 23, 24 və 25-i matəm elan edib. Regionda bütün mədəni-kütləvi, idman və digər kütləvi tədbirlər, o cümlədən radio və televiziyada əyləncə xarakterli verilişlər ləğv edilir", - məlumatda deyilir.

Terror aktında həlak olanların həmrəyliyi və hüzn əlaməti olaraq dövlət və bələdiyyə təşkilatlarının binalarında bayraqlar endirilib.

Terror aktı martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hallda baş verib. Naməlum şəxslər avtomat silahlardan atəş açıb, binada partlayış baş verib, yanğın başlayıb. İstintaq Komitəsinin son məlumatlarına görə, 115 nəfər ölüb, qurbanların sayı arta bilər. Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin məlumatına görə, 115 qurban xəstəxanaya yerləşdirilib, 30-dan çoxu ambulator yardıma müraciət edib. FTX rəhbəri Aleksandr Bortnikov terror aktında əli olan 11 nəfərin, o cümlədən birbaşa 4 icraçının saxlanıldığını açıqlayıb.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN