booked.netbooked.net booked.net  

Uqrada avtobusun toqquşması nəticəsində 13 nəfər xəsarət alıb, 3 nəfər ölüb.

Bu barədə Uqra Səhiyyə Departamentinin direktoru Aleksey Dobrovolski öz Telegram kanalında məlumat verib.

“Toqquşma nəticəsində 16 nəfər xəsarət alıb, onlardan “Niva”da olan 3 sərnişin yerindəcə dünyasını dəyişib”, - o yazıb.

Səhiyyə Departamentinin məlumatına görə, xəsarət alan bir xəstə, vəziyyəti orta ağır olan iki nəfər helikopterlə təxliyə edilib. 7 yaralı təcili yardım qrupları tərəfindən çıxarılıb. Onların hamısı Surqut Klinik Travma Xəstəxanasına yerləşdirilib. Yüngül bədən xəsarətləri alan üç zərərçəkmiş nəqliyyat vasitəsi ilə Koqalıma aparılıb.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN