booked.netbooked.net booked.net  

Türkiyənin “Vətən” partiyasının lideri Doğu Perinçək ABŞ-ın “çirkli maraqları” uğrunda ölməmək üçün Türkiyə hökumətini NATO-dan çıxmağa çağırıb.

Tezadlar.az xəbər verir ki, onun sözlərini yerli media sitat gətirir.

“Gəlin NATO-dan çıxaq, müharibənin qarşısını alaq” deyib.

O, həmçinin “NATO ölkələrini ABŞ-ın təzyiqi altında müharibəyə cəlb edilməkdən xilas etmək üçün” təşəbbüslərə çağırıb.

Onun sözlərinə görə, Türkiyə tarixdə qalacaq bir prosesə girib.

Perinçək onu da bildirib ki, “Crocus City Hall” konsert salonunda törədilən terror aktı təkcə Rusiyaya qarşı deyil, həm də Türkiyəyə qarşı yönəlib. O, Türkiyə və Rusiya Federasiyasının Atlantik imperializmlə mübarizədə ön cəbhədə yan-yana durduğunu izah edib.

Bundan əlavə, Perinçək hesab edir ki, “Crocus City Hall” konsert zalında baş verən terror aktında ABŞ və ABŞ prezidenti Co Bayden şəxsən əli olub.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN