booked.netbooked.net booked.net  

Rusiya qoşunları pilotsuz təyyarələr və raketlərlə bütün əraziləri təmizləyir.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter “Dialogue Works” YouTube kanalında deyib.

Ritter qeyd edib ki, Rusiya ordusu hava üstünlüyünə malikdir və Ukrayna Silahlı Qüvvələrində hava hücumundan müdafiə sistemlərinin kəskin çatışmazlığından fəal şəkildə istifadə edir. Belə ki, Rusiya qüvvələri döyüş meydanında sürüşən bombalar və arxa cəbhədə pilotsuz təyyarələrin köməyi ilə hava məkanına nəzarəti ələ keçirib.

Keçmiş kəşfiyyatçı qeyd edib ki, rus qoşunları dronların və hipersəs raketlərinin köməyi ilə sözün əsl mənasında bütün əraziləri təmizləyir.

"Ukrayna üçün hər şey bitdi", - deyə Ritter yekunlaşdırıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanın enerji obyektlərinə və hərbi sənaye kompleksinə kütləvi zərbə endirilməsi barədə məlumat vermişdi. Qeyd olunur ki, nəticədə, Ukraynanın silah, hərbi texnika və sursat istehsal və təmir edən müəssisələrinin fəaliyyəti qeyri-mütəşəkkil olub. NATO ölkələrinin təhvil verdiyi hərbi texnika və silahlar da məhv edilib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN