booked.netbooked.net booked.net  

Ermənistan hakimiyyəti “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” müəllif verilişlərinin ölkədə yayımını qadağan edib.

Tezadlar.az bu barədə “Sputnik Ermənistan”a istinadən xəbər verir.

Bildirilir ki, qadağanın səbəbi Ermənistanın Televiziya və Radio Komissiyası tərəfindən qeydə alınan “daimi pozuntular” olub.

Lakin qeyd edək ki, bu cür pozuntulara dair heç bir nümunə verilmir.

Vladimir Solovyovun verilişləri Ermənistanda “RTR-Planeta” kanalında yayımlanırdı. Telekanal ictimai multipleksdə (yəni ictimai yayım şəbəkəsində) mövcuddur.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN