booked.netbooked.net booked.net  

Braziliyanın Resife şəhərində tikilməkdə olan göydələn yanıb, yanğınsöndürənlər binanı bürümüş yanğının öhdəsindən gəlməyə çalışıblar.

Tezadlar.az bildirir ki, bu barədə CNN Brasil telekanalı xəbər verib.

Yanğın martın 28-də yerli vaxtla saat 20:00 radələrində Padre Anchieta və Real da Torre küçələrinin kəsişməsində yerləşən binada başlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın əvvəlcə yuxarı mərtəbələri əhatə edib, sonra isə aşağıya keçib.

Kadrlarda tikilinin yanar hissələrinin damdan tikinti sahəsinə düşdüyü görünür. Recife yanğınsöndürmə xidməti şəhərə yağan yağışın yanğının qarşısını almağa kömək etdiyini bildirib.

Ştat qubernatoru Raquel Lira sosial media X-də "tikməkdə olan bina ilə bağlı vəziyyətə nəzarət etdiyini" yazıb. Onun sözlərinə görə, telekanala istinadən yanğınsöndürmə xidməti “ərazidə yaşayan insanların təhlükəsizliyinə nəzarət edir”.

Öz növbəsində, şəhərin elektrik təchizatına cavabdeh olan Neoenergia Pernambuco şirkəti təhlükəsizlik məqsədilə binanın yaxınlığındakı elektrik şəbəkəsinin söndürüldüyünü, lakin “lazımi şərait yaranan kimi” enerjinin bərpa ediləcəyini bildirib”, – “Itatiaia” yazır.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN