booked.net booked.net  

"Moskva Univermağı" kimi tanınan "Moskva" Ticarət Mərkəzinin fəaliyyətində bir sıra qanunsuzluqlar, o cümlədən külli miqdarda vergidən yayınma halları barədə redaksiyamıza məlumat daxil olub.

Univermaqda ticarətlə məşğul olan, adının çəkilməsini istəməyən şəxs müracətində öncə müəssisənin fəaliyyət həcmi, pul dövriyyəsi haqqında qısa açıqlama verib: "Bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. Hər mərtəbənin sahəsi təxminən 1250 m2-dır. Binanın ümumi icarəyə verilən sahəsi həyətyanı mağaza və ofislərlə birlikdə təxminən 11000 m2-dir. Təkcə qızıl satışı altına icarəyə verilən sahə 3600 m2-dir".

Şikayətçinin sözlərinə görə, piştaxtalar heç bir normativlə uzlaşdırılmadan sahəsinə görə kvadrat-metrlə deyil, uzunluğuna görə metrlə icarəyə verilir ki, bu da ticarətçiləri asan aldatmaq üçündür. Piştaxtanın hər metrinə görə icarəçidən 1000 manat nağd pul alınır, hərçənd, həmin pulun icarə haqqı kimi 200-250 manatı mədaxil edilərək mühasibatlıqda rəsmiləşdirilir: "2000-2500 nəfərin işlədiyi Moskva univermağında biz bildiyimiz və eşitdiyimiz cəmi 200 nəfərə yaxın vergi ödəyicisi var və onların da ödədikləri vergi haqları ödəməli olduqları pulun heç beşdə birini də eləmir. Pulların toplanmasına heç bir rəsmi səlahiyyəti, işçi kimi müqaviləsi olmayan, yalnız pul saymağı yaxşı bacaran “inzibatçılar” Elman, Mövlud, "xəzinədar" Elnur kimi şəxslər cəlb olunublar. Onlar hər ay orta hesabla 2 milyon manat civarında icarə haqqı toplayıb heç kimin görə bilmədiyi, kimliyi bəlli olmayan qardaş-bacıya verirlər. Onlar isə öz növbələrində bahalı brendli maşın kolleksiyalarını zənginləşdirir, mənzillərinin sayını artırırlar. Məlumata görə, həmin şəxslərin Dubayda və Türkiyədə villaları, biznesləri də var".

Şikayətçi qeyd edir ki, administratorların açıqlanmayan hesabatlara görə, hər üçünün başqa adamların adına 5-6 piştaxtası var: "Bundan əlavə, hər birinin zərgər (qızıl əridənlər) tanışları var ki, hamısının istehsal etdiyi məmulatın yarısı yaxşı halda mis, pis halda isə dəmir mıxlardır. Məmulatlar yoxlamadan keçmədən satışa çıxarılır, bütün problar hamısı saxta yolla elə univermağın içində sexlərdə plomblanır".

Xatırladaq ki, "Moskva Univermağı"nda əvvəllər qarətlər və yanğınlar baş verib, malları oğurlanan və yanan ticarətçilər köməksiz duruma düşüb, sığorta pulu ala bilməyiblər. Zərərçəkən mal sahiblərinin tələbləri mətbuata çıxıb, lakin onların şikayətlərinə, etirazlarına məhəl qoyan olmayıb. 

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA