booked.net booked.net  

Azərbaycanın dəmiryolu Qarabağın işğal tarixindən nimdaş gündə idi... Çünki o bölgələrə qatarlar getmədiyi kimi, sərnişinlər də daşınmırdı, yüklər də... Sonralar bu quruma Elbrus Abdullayev, Ziya Məmmədov, ardınca Cavid Qurbanov... təyin edildi. yenə də vəziyyət düzəlmədi... Dünən isə Prezidentin sərəncamı ilə Rövşən Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib... Tanınmış ekspert, Multi -Media Mərkəzinin rəhbəri Osman Gündüz bu təyinatla bağlı maraqlı status paylaşıb:
- Azərbaycan Dəmir Yolu QSC-də son illər ciddi problemlər özünü göstərməkdədir. Yükdaşımada müəyyən uğurlar olsa da dəmir yolu ilə sərnişindaşıma demək olar ki, iflic vəziyyətdədir. Əksər daxili xətlər, Bakı-Balakən, Bakı- Qazax, Bakı –Yalama, Bakı-Astara və s. istiqamətlər üzrə qatarlar 3 ildir ki, işləmir. Bununla bağlı indiyədək ağlabatan bir açıqlama da ortada yoxdur. Qatarlar almağa çalışdıqlarını, dəyişən cərəyanı sabit cərəyana çevirdiklərini, infrastrukturu düzətlməyə çalışdıqlarını bildirblər.
Qurum heç Bakı –Sumqayıt, Bakı ətrafı və Gəncə istiqamətlərində də sərnişindaşımanı normal reallaşdıra bilmir. Gah bir istiqamətdən qatarı çıxarıb digərinə calayır, gah da yük qatarlarının lokomativini sərnişin qatarlarına calayır və s. Görəsən yeni Sədr təyinatından sonra vəziyyət necə olacaq? Real vəziyyət onu göstərir ki, ADY –nin sərnişindaşıması böhran içərisindədir. Börandan çıxmaq üçün quruma ya ciddi investisiya yatırılmalı, yaxud da özəlləşdirilməyə hazırlanmalıdır. Yəni, daxili sərnişindaşımanın təşkli üçün xarici şirkətlər dəvət olunmalıdır. Bu xidmət baha başa gəldiyindən güman ki, subsidiyalara ehtiyac olacaq.
Ən doğrusu o ola bilər ki, ADY-nin yeni rəhbəri hökumətdən Prezidentin ADY-nin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına dəyişikliklər edilməsi ilə bağlı 7 fevral 2019-cu il tarixli Fərmanının icrasını tələb etsin. Düşünürəm ki, yeganə çıxış yolu yalnız bu ola bilər.
Bu fərmana görə, Nazirlər Kabineti dəmir yolu nəqliyyatı infrastrukturunun saxlanılması və dəmir yolu nəqliyyatı ilə sərnişindaşımanın SUBSİYALAŞDIRILMASI qaydalarını hazırlamalıydı. Maraqlıdır ki, az qala 4 il olur ki, Prezidentin bu fərmanı icra olunmayıb. Hazırda büdcə ilə bağlı məsələlər müzakirə olunur. Görəsən ADY rəhbərliyi dəmir yol infrastukturunu qurmaq, yeni qataralar almaq üçün hökumətdən vəsait əldə edə biləcəkmi? Ümid edirəm Rövşən müəllim bunun öhdəsindən gələcək və sərnişindaşımanı böhrandan çıxara biləcək...
*** 
Bəli, Qarabağın işğaldan azad edilmiş bölgələrinə vaxtilə yük və sərnişin qatarları işləyirdi. İndi həmin xətlər bərpa edilir. Deməli, sərnişin və yükdaşımada yeni ünvanlar var...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN