booked.net booked.net  

Ötən ay avrozonada inflyasiya səviyyəsi yüksəlib

Avropa Mərkəzi Bankı kreditlər üzrə baza uçot dərəcəsini 0,75 faiz bəndi artıraraq 2 faiz səviyyəsində müəyyən edib. Bank depozitlər üzrə uçot dərəcəsini 1,5 faiz, qısamüddətli kreditlər üzrə uçot dərəcəsini 2,25 faiz səviyyəsinədək artırıb. Bu 2009-cu ildən sonra ən yüksək dərəcə hesab olunur.

Bunu millət vəkili Vüqar Bayramov bildirib.

 O, qeyd edib ki, sentyabrda avrozonda inflyasiya səviyyəsi 9.9 faizədək yüksəlib.

“İstehlak bazarındakı yüksək qiymət artımları səbəbindən Avropa Mərkəzi Bankı uçot dərəcələrini ardıcıl ikinci dəfə artırıb. Bank növbəti iclasda da faiz dəhlizinin artırıla biləcəyini istisna etmir və gözləntilər yeni artımlar istiqamətindədir.

Avropa Mərkəzi Bankının qərar avronu möhkəmləndirəcəkmi?

Bir müddət oncə kəskin ucuzlaşan Avropa pulu son günlər dollara nisbətən dəyər qazanmağa başlayıb. Son 1 həftədə avro dollara nisbətən 2.0 faiz güclənib”, -deyə o, qeyd edib.

Vüqar Bayramov vurğulayıb ki, bununla belə, hələlik avronun kəskin möhkəmlənməsi gözlənilmir. Onun sözlərinə görə, dolların səbət valyutalara nisbətən güclənməsi və Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin kəskin artırılması ilə bağlı qərarları investorların ABŞ puluna marağını yüksək saxlamaqdadır.

 “ Digər tərəfdən, son günlər mavi qazın qiymətində müəyyən azalmaların müşahidə edilməsinə baxmayaraq, Avropada enerji böhranı davam edir. Uzanan Rusiya-Ukrayna müharibəsi və yüksələn qiymətlər qədim qitə iqtisadiyyatına təzyiqlərin azalmasına imkan vermir. Bu il Avropa Ittifaqında 4.1 % artım proqnozlaşdırılsa da, ilin sonunda 2 dəfə bənd az artımın qeydə alınacağı gözlənilir”, - deyə Vüqar Bayramov bu barədə proqnozunu açıqlayıb.

***

Qeyd edək ki, Avropa Mərkəzi Bankı avrozonada AB üzvü olan 27 ölkənin milli mərkəzi banklarını və Avropa Mərkəzi Bankını özündə birləşdirən və maliyyə tənzimlənməsi səlahiyyətini həyata keçirən üst qurumdur.

AMB Avropa Birliyinin pul siyasətlərini təşkil edir və yeridir. Mərkəzi Frankfurtda olan Bank bundan başqa üzv ölkələrdən 12-sinin qəbul etdiyi pul vahidi Avronu ixrac edir və qoruyur. Bankın vəzifələri arasında bundan başqa üzv ölkələrdə qiymət istiqrarını təmin etmək və faizləri müəyyən etmək də yer alır. Tam azad işləyən Avropa Mərkəzi Bankına üzv ölkələrin hökumətləri heç bir formada müdaxilə edə bilməz və təsir göstərə bilməz. Buna baxmayaraq, bank AB üzv ölkələrinin hökumətləri və mərkəzi bankları ilə yaxın bir əməkdaşlıq çərçivəsində işləyir. Avropa Mərkəzi Bankının üç qərarvermə qurumu mövcuddur: İdarəetmə heyəti, İcra heyəti və Əsas şura.

AMB avro banknotlarının buraxılmasında yeganə hüquq sahibidir.

AMB-nin məqsədləri Maastrixt müqaviləsinə və aşağıdakılara söykənir:

1.Qiymət sabitliyini qorumaq;

2.Qiymət sabitliyinə tabe olmaq;

3.İttifaqın ümumi iqtisadi siyasətinə dəstək vermək.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN