booked.net booked.net  

Türkiyədə qaz qovşağının yaradılması üzrə işlər intensivləşib.

Prosesin təfərrüatları barədə Anadolu agentliyi xəbər verir.

Plan “beynəlxalq enerji layihələrində iştirak, LNG obyektlərinin yaradılması və regionda yeganə ticarət bazarına malik olmaq amili vasitəsilə” ideyanı həyata keçirməkdir.

Agentlik yazır: “Ankara bu ilin sonuna kimi nəzərdə tutulan hədəfin həyata keçirilməsi üçün yol xəritəsi müəyyən etməyi planlaşdırır”.

Söhbət Türkiyə vasitəsilə Avropaya qaz nəqli üçün yeni qaz ötürücü sisteminin qurulmasından gedir. Rusiya prezidenti Vladimir Putin dağıdılmış “Şimal axını”ndan qaz tranzitinin Qara dəniz regionuna nəqlini təklif edib. Bu, oktyabrın 19-da məlum olub.

Eyni zamanda, Çexiyanın Sənaye və Ticarət naziri Yozef Sikela Avropanın Türkiyədəki Rusiya qovşağından qaz almayacağını, çünki o vaxta qədər artıq alternativ təchizatçılar tapacağını bildirib. İtaliya həmçinin xəbərdarlıq edib ki, Türkiyə mərkəzi vasitəsilə qaz idxalı Avropa üçün bir sıra problemlər, xüsusən də qiymət artımı ilə nəticələnə bilər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN