booked.net booked.net  

 Pensiya islahatlarının nəticəsi haqqında məlumat açıqlanıb:

2021-ci ildə pensiya xərclərinə qənaət 2018-ci illə müqayisədə 549 milyon manat, 2022-ci ilin yanvar-avqust ayları üzrə pensiya xərclərinə qənaət isə 2018-ci illə müqayisədə 495 milyon manat olub.

Bunu Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib.

 

Nazirliyin "qənaət" etdiyi 1 milyard manat necə formalaşıb?

 

“Yəni anlaşıqlı desək, bu o demək ki, 2018-ci ildə və sonrakı illərdə ƏƏSM Nazirliyinin apardığı araşdırmalarda müəyyən olunub ki, YARIM MİLYARDLIQ pensiyalar qanunsuzdur, odur ki, 2021 və 2022-ci illərdə onun verilməsindən imtina edilib. Adını da "qənaət" qoyublar”, - deyə ekspert bildirib.

O, vurğulayıb ki, son 3-4 il ərzində isə "qənaət" olunan məbləğ təxminən 1 milyard olub.

Osman Gündüz diqqətə çatdırıb ki, ƏƏSM Nazirliyinin qanunsuz pensiyalara və qanunsuz əlilliyə qarşı mübarizəsi də məhz həmin dövrləri əhatə edib.

“1 milyardlıq "qənaət" üçün əsaslar yaradan keçmiş nazir Səlim Müslümova qarşı 27 milyonluq yeyinti ittihamı irəli sürülüb və bildiyim qədər hazırda ev dustaqlığındadır”, - deyə Osman Gündüz nəzərə çatdırıb .

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN