booked.netbooked.net booked.net  

Qazaxıstan Milli Statistika Bürosu 2022-ci ilin yanvar-oktyabr aylarında Qazaxıstanda təbii qaz hasilatının azaldığını açıqlayıb.

İdarənin hesablamalarına görə, pul ifadəsində istehsalın həcmi 259,9 milyard tenge təşkil edib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə bu, 1,5% azdır.

“Hesabat dövründə fiziki ifadədə 43 366,8 milyon m3 təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% azdır.

 25 777,1 milyon/m3 səmt neft qazı (neftdə həll olunan qaz -red) hasil edilib ki, bu da 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,9% azdır.

Xatırladaq ki, Qazaxıstanda təbii qaz istehsalı ilə 4 müəssisə məşğul olur”, - deyə MSB-dən bildirilib.

***

 Qeyd edək ki, Qazaxıstanda qaz hasilatı və istehlakı məsələsi gündəlikdəki əsas məsələlərdən biridir. Ölkə mavi yanacaqla zəngindir və OPEC-in 2020-ci il məlumatlarına görə qaz ehtiyatlarına görə dünyada 19-cu yerdədir.

Məlumatlara görə, ölkədə  2015-ci ildən 2021-ci ilə qədər qaz istehlakı təxminən 7 milyard kubmetr artmışdı.

Hətta artan istehlak səviyyəsi ilə ekspertlər 2024-cü ildən Qazaxıstanda qaz qıtlığının olacağını proqnozlaşdırırdılar.

Və 2010-2021-ci illər arasında Qazaxıstan illik qaz hasilatının orta hesabla 58%-ni ixrac edib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN