booked.net booked.net  

Rusiyalı sahibkarlar Əfqanıstana kömürlə işləyən energetikanın inkişafında kömək edəcəklər.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov müsahibəsində danışıb.

"Tatarıstan Respublikasından olan sahibkarlar Əfqanıstanda kömürlə işləyən istilik enerjisinin inkişafına dair memorandum imzalayıblar. Bu, İran və Pakistanla üçtərəfli layihədir. Boru istehsalçılarımız Türkmənistandan Pakistana və Hindistana qaz kəmərinin Əfqanıstan hissəsinin tikintisinə qoşulmağa hazırdırlar", - diplomat bildirib.

O, həmçinin əlavə edib ki, ölkədə tibbi laboratoriyaların əhali üçün açılması üzrə layihə hazırlanır. Rusiya mütəxəssisləri isə Əfqanıstandan keçməklə Özbəkistandan Pakistana dəmir yolunun tikintisi ilə məşğul olan qrupda iştirak edirlər.

Jirnov Əfqanıstanın iqtisadi imkanlarla dolu olduğunu vurğulayıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN