booked.net booked.net  

İyunun 3 və 4-ü tarixlərində Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Yarmarkanın təşkilinin əsas məqsədi vətəndaşların mövsümi kənd təsərrüfatı məhsullarını ucuz qiymətə birbaşa fermerlərdən ala bilməsi, həmçinin bazarlarda məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaq, fermerlərin alternativ satış imkanlarını artırmaqdan ibarətdir.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Yarmarkada ilk dəfə olaraq alış-veriş edən vətəndaşlar həm nağd, həm də nağdsız qaydada ödəniş edə biləcəklər.

Xatırladaq ki, əvvəllər “Kənddən şəhərə” yarmarkasının ünvanı çox olardı və onlar paytaxtın müxtəlif rayonlarında fəaliyyət göstərərdi.

Məsələn, sonuncu yarmarkaya ümumilikdə 50 regiondan 82 fermerin qatıldığı bildirilirdi və fermerlər alıcılara 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulları təklif edirdi.

Onu da qeyd edək ki, bu yarmarkalardan məhsul alan alıcılar məhsulların bəzilərinin qiymətinin bazardan ucuz olduğunu bildirsələr də, bir çox məhsulun bazar qiymətlərindən fərqli olmadığını, baha qiymətə mal satan satıcıların isə məhsul sahibləri deyil, alverçilər olduğunu iddia edirdilər...

 Arzu edək ki, bu dəfəki yarmarkada qiymətlər bazarlardan ucuz olacaq və şəhər əhalisi də cibinə uyğun məhsul ala biləcəklər.

 

JASMİN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN