booked.net booked.net  

Belarus Respublikasının yurisdiksiyasında fəaliyyət göstərən istənilən birgə Azərbaycan-Belarus müəssisəsi Avrasiya İqtisadi İttifaqının (Aİİ) bütün üstünlüklərini avtomatik olaraq alır.

TEZADLAR.AZ xəbər verir ki,  bunu vergilər.az-a açıqlama verən belaruslu ekspert Pyotr Petrovski deyib: “Bu o deməkdir ki, birgə müəssisələrin məhsulları heç bir maneə və rüsum olmadan Aİİ-nin bütün ölkələrinə üzv ölkələrin bütün digər istehsalçıları ilə bərabər əsasda çatdırıla bilər.

Beləliklə, Belarusda birgə müəssisələrin yaradılması azərbaycanlı investorlar üçün bütün Aİİ bazarına çıxış deməkdir. Bu fakt Azərbaycana böyük artım perspektivləri olan Aİİ bazarı ilə ticarəti artırmağa kömək edəcək”.

Qeyd edək ki, 2022-ci ilin sonunda Aİİ ilə ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9%-ni təşkil edib.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN