booked.net booked.net  

 Vətən müharibəsi qazilərinin sosia vəziyyətinin yaxşılaşdırılmasına yönəlik layihənin yekun yığıncağı keçirilib.

Bu barədə Tezadlar.az-a layihənin rəhbəri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

Bildirilib ki, layihə Azad İstehlakçılar Birliyinin (AİB) rəhbərliyi və təşkilatçılığı altında daha iki QHT-nin iştirakı ilə koalisiyada 5 ay müddətində Beyləqan rayonu və ətraf qəsəbələrdə  həyata keçirilib. Koalisiyaya daxil edilmiş digər iki QHT – ““Şəfa” Psixoloji Sosial Yardım” İctimai Birliyi və  “Cəmiyyətin Davamlı İnkişafına Yardım” İctimai  Birliyidir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə QHT koalisiyası tərəfindən Beyləqan rayonunda həyata keçirilən “Vətən müharibəsi iştirakçılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək” layihəsinin icrası uğurla başa çatıb.

İstixana quraşdırılması üzrə layihə hədəf qrupu aşağıdakı üzrədir:

Faydalanan qazi

Hədəf ərazi

1

Səfərov Orxan Şamil oğlu

Beyləqan şəhəri

2

Həsənov Orxan Həsən oğlu

Beyləqan şəhəri

3

Əliyev Əmrah Natiq oğlu

Beyləqan rayonu, Əlinəzərli kəndi

4

Quliyev Türkay Səxavət oğlu

Yeni Xocavənd qəsəbəsi

5

Quliyev Elgün Niyazi oğlu

Füzuli-Qayıdış 3

Əhmədov Yusif Sadalı oğlu

Füzuli-Qayıdış 3

Qeyd: Quliyev Elgün və Əhmədov Yusifin təkliflərinə əsasən hər ikisinin istifadəsi üçün bir ədəd istixana quraşdırılıb.

Vətən Müharibəsi Qazilərinə qurulmuş 5 ədəd hər biri 5m X 20 m ölçülü istixanalarda pomidor şitilləri artıq məhsul vermə fazasındadır. Hədəf faydalananlara hər biri 10 nəfərdən ibarət 2 qrupda fərdi təsərrüfatın səmərəli inkişafı üzrə bacarıqlarının artırılması üzrə 3 mövzuda -“Tərəvəzçiliyin örtülü sahədə təşkili”, “Marketinq - davamlı bazar araşdırmaları” və “Ailə büdcəsinin səmərəli idarə olunması” təlimlər keçirilib. Təlimlər geniş bilik və təcrübəyə malik olan təlimçi Mehman Əliyev tərəfindən keçirilib.

Həmçinin, ““Şəfa” Psixoloji-Sosial Yardım” İctimai Birliyinin psixoloqları tərəfindən fəaliyyət planına uyğun olaraq Qazilərə yerində fərdi qaydada psixoloji xidmət tədbirləri həyata keçirilib.

Aqrar Xidmətlər Agentliyinin nəzdində yaradılmış “Regional Aqrar Təlim Mərkəzi”nin əməkdaşı İmamverdi Əliyev də layihə heyəti üzvləri ilə istixanalarda olub. O, layihə benefisiarlarına lazımi metodiki təlimat və tövsiyələr verib.

20 may 2023-cü il tarixdə Beyləqan RİH Başçısı Aparatının “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi”nin müdir müavini, aqrar elmləri üzrə fəlsəfə doktoru Elman Süleymanov və Beyləqan rayon DAİM-nin bitkiçilik üzrə məsləhətçisi, Beyləqan peşə məktəbinin bitki mühafizəsi qrupunun müəllimi Seyfəddin Allahverdiyev istixanalara səfər ediblər. Görülən işləri çox bəyənib və layihə faydalananlarına zəruri məsləhətlər veriblər.

Faydalananların çarpaz görüşü keçirilib. (Fəaliyyət planında nəzərdə tutulmayıb).

9 iyun 2023-cü il tarixdə layihənin yekun yığıncağı keçirilib. Yığıncaqda müharibə iştirakçıları, hədəf icma nümayındələri iştirak ediblər. İştirakçılar layihədən məmnunluqlarını bildirməklə yanaşı, anoloji layihələrin daha geniş ərazilərdə tətbiqinin zəruriliyini qeyd ediblər.

Növbəti mərhələdə layihə icrasına dair təsviri hesabat və maliyyə hesabatı hazırlanaraq Donora təhvil veriləcək.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN