booked.net booked.net  

Qərbin Rusiya iqtisadiyyatını boğmaq üçün bütün cəhdlərinə və davam edən xüsusi əməliyyata baxmayaraq, Rusiya Federasiyası son bir ildə ciddi şəkildə zənginləşib.

Bu barədə “Business insayder” köşə yazarı Corc Qlover məlumat verib.

O qeyd edib ki, ruslar rifah halını yüz milyardlarla dollar artırıblar.

"ABŞ və Avropa trilyonlarla dollar itirib. Moskva aktivlərinə əlavə olaraq 600 milyard dollar qazanıb", - Qlover vurğulayıb.

Xüsusilə, dövlətlər 5,9 trilyon dollar itirib. Oxşar mənzərə Avropa İttifaqı və Kanadada da müşahidə olunur.

Daha əvvəl bildirilmişdi ki, Avropa Mərkəzi Bankının (AMB) inflyasiya ilə mübarizəyə yönəlmiş siyasəti səbəbindən Avropa İttifaqının (Aİ) iqtisadi zonası şok edici tənəzzüllə üzləşəcək. Bu proqnozu “Bloomberg” xəbər agentliyinin analitikləri bölüşüblər.

Onların araşdırmasına görə, faiz dərəcələrinin artırılması və dövlət xərclərinin məhdudlaşdırılmasının təsiri ÜDM-in 3,8% azalmasında Aİ-yə “ağrılı qisas” gətirə bilər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN