booked.net booked.net  

İşğaldan azad edilmiş ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması üçün geniş miqyaslı tədbirlər görülür.

Qaçqınkom-dan "Təzadlar"a bildirilib ki, məcburi köçkünlərin öz ata-baba yurdlarında təsərrüfat fəaliyyətinə başlmasına imkan yaradılması da ilkin mərhələdə həyata keçirilən tədbirlər sırasındadır. Arıçılıq və heyvandarlıqla məşğul olan yüzlərlə ailə, müvafiq dövlət qurumlarının dəstəyi ilə, mövsümi olaraq öz təsərrüfatını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köçürür.

Hazırda doğma yurdda təsərrüfat fəaliyyətini davam etdirənlər arasında Laçın rayonunun Bozlu kəndinin sakinləri Xanlar Sərdar oğlu Alıyev  və Aqil Məhərrəm oğlu Mövsümov  da var. Onlar uzun illərdir arıçılıqla məşğuldurlar və bu gün barlı-bərəkətli ata-baba torpaqlarında  öz təsərrüfatlarını inkişaf etdirməkdən çox məmnundurlar.

Yurd həsrəti bitən və öz işlərini uğurla davam etdirən məcburi köçkünlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirlər. Ərazisi işğaldan azad olunmuş rayonların sakinləri ilə müsahibələr əsasında videoçarxların hazırlanması davam etdirilir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA