booked.netbooked.net booked.net  

2005-ci ildən dövlət vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə aparılır və o vaxtdan bəri müsabiqə ilə işə qəbul olunmuş şəxslər dövlət vergi orqanlarının hazırkı əməkdaşlarının təxminən 82 faizini təşkil edir.

TEZADLAR.AZ xəbər verir  bu barədə Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova vergiler.az-a müsahibəsində bildirib.  

“Bununla yanaşı, Dövlət Vergi Xidmətində gender bərabərliyinə ayrılan diqqəti nəzərə alaraq və bu istiqamətdə görülən işlərin nəticəsi kimi qeyd etmək lazımdır ki, 2022-ci ildə keçirilmiş işə qəbul müsabiqəsi ilə müqayisədə 2023-cü ildə keçirilmiş müsabiqənin test imtahanında iştirak etmiş qadın namizədlərin sayında 17% artım qeydə alınıb”, - deyə o qeyd edib.

 Onun sözlərinə görə,  Yay Təcrübə Proqramında iştirak etmiş məzunlardan 35%-i işə qəbul müsabiqəsinin test imtahanı mərhələsindən uğurla keçərək növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Aytən Kərimova diqqətə çatdırıb ki, əməkdaşlara dövlət vergi orqanlarının fəaliyyət sahələri üzrə karyeralarını davam etdirmək imkanının yaradılması, eyni zamanda, obyektivlik, bərabərlik və şəffaflıq prinsipləri əsasında kadrların yerdəyişməsinin təşkil olunması məqsədilə yeni qaydalar müəyyən edilib.

 O, hazırda daxili yerdəyişmələr və müsabiqələrin həmin qaydaların tələblərinə uyğun olaraq həyata keçirildiyini də vurğulayıb.

“ Əməkdaşlar üçün daxili müsabiqəyə çıxarılan bütün vakansiyalar barədə məlumatlar əldə etmək, o cümlədən vakansiyalar üzrə tələblərlə tanış olmaq və uyğun gördükləri vakansiyalara elektron qaydada müraciət etmək imkanları yaradılıb. 2021-ci ildən bugünədək 26 daxili müsabiqə keçirilib və bu müsabiqələrdə uğur qazanmış 98 nəfər əməkdaşımızın yerdəyişməsi ardıcıl qaydada həyata keçirilib”, - Aytən Kərimova qeyd edib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN