booked.netbooked.net booked.net  

 İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Brake systems Azerbaijan” MMC avtomobil diskləri və radiatorlar istehsal etməyi planlaşdırır.

TEZADLAR.AZ xəbər verir ki, bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına sözügedən MMC-nin direktoru Mehman Ağayev deyib.

Onun sözlərinə görə, hazırda avtomobillər üçün əyləc bəndləri istehsal edən müəssisə istehsal sahəsini genişləndirməyi nəzərdə tutur.

M.Ağayev yeni məhsulların istehsalına 2025-ci ildə başlaya biləcəklərini açıqlayıb: “Daxili bazarda disk və radiatorlara tələbat çoxdur. Bu məhsullar tam olaraq idxal edilir. İstehsala başladıqdan sonra daxili bazarda təxminən 20-25 faizlik paya sahib olacağıq”.

Qeyd edək ki,  Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılmışdır.

Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasından ibarətdir. 

 

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN