booked.net booked.net  

Ukraynada meşənin yanğınına baiskar tapıldı və o, 175 min cərimə edildi, məhkəmə isə...

Ternopol sakini meşə yanğınına səbəb olan tullantıların yandırılmasını təşkil etsə də, özünü də "yandırmış oldu", Belə ki, o, dövlətə 175 min qrivnadan artıq pul ödəyəcək. Bu barədə Ukrayna FN məlumat yayıb. "Avqustun 4 -də məlum oldu ki, Kremenets yerli prokurorluğu zibil yandıraraq meşədə yanğın törədən Şumsk şəhər sakini barəsində Cinayət Məcəlləsinin 245 -ci maddəsinin 1 -ci hissəsi ilə ictimai ittihamı dəstəkləyib. Və ətraf mühitə vurulan zərərin ödənilməsi üçün məhkəməyə müraciət edib". Hadisə elə bu yaxınlarda- 2021 -ci ilin may ayında baş verib. Şumski Rayon Məhkəməsinin hökmü ilə məsuliyyətsizlik edərək yanğınlara səbəb olan şəxsi iddia edilən cinayətdə təqsirli bilərək 1 il sınaq müddəti ilə 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. 175 min qrivnadan artıq məbləğdə cinayət əməlləri nəticəsində dəymiş ziyanın ödənilməsi tələbi də təmin edilib.

*** 

Azərbaycanda da hər il yayın indiki mövsümündə meşə yanğınları baş verir. Dünən Yardımlıda oxşar hadisə baş verib... Lakin ölkənin məhkəmələrində yuxarıda qeyd edilən əməldə təqsirli bilinərək ciddi cəzalandırılanlara demək olar rast gəlmirik. Niyə? Axı vurulan ziyan təkcə Azərbaycanın ekologiyasına deyil, dünyanın eko sisteminə vurulan ağır zərbədir. Bunu Türkiyədəki, Rusiyadakı... meşə yanğınlarının nümunəsində görməkdəyik.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN