booked.net booked.net  

Məhkəmə 500 min manatdan çox dələduzluqda ittiham olunan univerisitet müəllimi Əli İbrahimov və dostu Rübail Hüseynov barədə qərar qəbul edib.

Bu barədə Rübail Hüseynovun vəkili Namiq Həsənov məlumat verib. Cinayət İşinə Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılıb. R.Hüseynova Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanılıb və o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Ə.İbrahimova isə Gəncə Apellyasiya Məhkəməsinin 7 iyul 2022-ci il tarixli qərarı ilə təyin olunmuş 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılıb. İttiham aktına əsasən, onlar 7 nəfərin etibarından sui-istifadə edərək 500 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçiriblər. Belə ki, onlar 2018-2019-cu il ərzində iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək məqsədi ilə vətəndaşlara yalan vədlər verməklə dələduzluq ediblər.

Qeyd edək ki, Ə.İbrahimov Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi olub. Onlara qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN