booked.netbooked.net booked.net  

Tatarıstan Ali Məhkəməsində dövlət ittihamçısı Kazan sakini Radik Taqirova ömürlük həbs cəzası istəyib. O, Rusiyanın 15 şəhərində 31 yaşlı qadını öldürməkdə ittiham olunur.

“Taqirova ömürlük həbs cəzası təyin edilsin”, - deyə Rusiya mətbuatı prokurorluğun nümayəndəsindən sitat gətirib.

İstintaq hesab edir ki, həmin şəxs 2011-2012-ci illərdə Rusiyanın müxtəlif regionlarında cinayətlər törədib. O, özünü mənzil-kommunal təsərrüfatının və ya sosial xidmətin işçisi kimi təqdim edib və zərərçəkmiş şəxslərin etibarsızlığından istifadə edərək mənzillərə daxil olub. Bundan sonra təqsirləndirilən şəxs zərərçəkənləri boğaraq, qarət edib.

Cinayətlərin üstü uzun müddət açılmamış, hüquq-mühafizə orqanlarının əməkdaşları Taqirovu yalnız 2020-ci ildə tapa biliblər.

Əvvəllər bildirilib ki, T.Taqirov prosesdə epizodların heç birində təqsirini etiraf etməyib. Təqsirləndirilən şəxsin vəkili Marat Aşirov izah edib ki, müdafiə etdiyi şəxs əvvəlcə hüquq-mühafizə orqanlarının təzyiqi ilə günahını etiraf edib.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN