booked.netbooked.net booked.net  

Xankəndidə uşaq bağçasının zirzəmisindən dron, 29 avtomat və 416 qumbara aşkarlanıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhərində yerləşən uşaq bağçasının zirzəmisindən 1 ədəd dron, 1 ədəd dron üçün tripot, 29 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 27 tüfəng, 416 ədəd qumbara, 113 alışdırıcı, 113 ədəd partlayıcı, 1178 patron darağı, 8508 ədəd mərmi, 24320 ədəd müxtəlif çaplı patron, 30 ədəd kapsul, 3 ədəd optik nişangah, 10 gecəgörmə cihazı, 50 ədəd rabitə qurğusu, 34 süngü-bıçaq, 57 ədəd əleyhqaz, 4 binokl, 4 penal dəsti və digər sursatlar aşkar olunaraq götürülüb.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN