booked.netbooked.net booked.net  

ötən ildən İranda həbsdə olan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova Azərbaycan prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Facebook-da dərc edilən müraciətdə Dilarə Əsgərova qeyd edir ki, bir ildir ki, Fərid casusluq ittihamı ilə İran həbsxanasındadır.

Səhhətində ciddi problemlər yaranıb. “5-6 aydır ki, gündə bir neçə dəfə diş qicanmasi ilə gedən nevroloji tutmaları yaranıb. Bu səbəbdən dişləri tökülməyə başlayıb", - Əsgərova yazıb.

Dəfələrlə xahişlərə baxmayaraq, anaya oğlu ilə danışmağa imkan vermirlər. "Mən oğlumun gələcək taleyindən çox nigaranam. Özüm həkim olduğum üçün bilirəm ki, bu hal gələcəkdə onun səhhətində hansı ciddi problemlər və ağrılar buraxa bilər. Eyni zamanda, onun bu travmalardan reablitasiyası uzun illər çəkə bilər", - ana qeyd edib.

Dilarə Əsgərova prezident İlham Əliyevdən Fərid Səfərlinin Azərbaycana gətirilməsinə köməklik etməyi xahiş edib. 

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli özüylə birlikdə oxuyan qız dostunu görmək üçün ötən ilin fevralında İrana gedib və yoxa çıxıb.

Uzun müddət Fərid Səfərlinin taleyi haqda məlumat almaq mümkün olmayıb. Onun İranda casusluq ittihamı ilə həbs olunduğu iyunun 1-də məlum olub. Ona qarşı irəli sürülən ittiham sonradan "casusluq etmək niyyəti" ilə əvəz edilib.  Məhkəmə Fərid Səfərlini 2 il müddətinə azadlıqdan məhrum edib.

İstintaq heç bir sübut təqdim etməyib. Məhkəmə zamanı Fərid Səfərli bildirib ki, ittihamı və məhkəmə hökmünü qəbul etmir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN