booked.netbooked.net booked.net  

Naxçıvan polisi tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən və əldə olunmuş vəsaiti cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, keçirilən tədbir nəticəsində əvvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqədar cinayətlərə görə məhkum olunmuş Naxçıvan şəhər sakinləri Qadir Quliyev və Toğrul Zöhrabov saxlanılıb. Onlar şantaj etdiyi şəxsdən pul vəsaiti alarkən Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Həmin şəxslər istintaqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.

Saxlanılan şəxslərin hər biri barəsində Naxçıvan MR-nın Daxili İşlər Nazirliyinin Təhqiqat və İstintaq idarəsində araşdırmalar aparılır.

Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN