booked.netbooked.net booked.net  

...Yəqinki noyabrın 16-sı təxribatı Ermənistanın hərbi-siyasi rəhbərliyinin heç vaxt yadından çıxmayacaq.

Belə ki, Azərbaycan dekabrın 4-də 10 erməni hərbçisini Ermənistan tərəfinə təhvil verib. Bu barədə şənbə günü Azərbaycanıт Əsirlərlə İş üzrə Dövlət Komissiyası məlumat yayıb.  Həmin mənbənin məlumatına görə, bu şəxslər 2021-ci il noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər istiqamətində həyata keçirdiyi “təxribat” zamanı saxlanılıblar.   Danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycanın işğaldan azad edilmiş digər ərazilərinin mina xəritələrini Azərbaycan tərəfinə təqdim edib. Dövlət Komissiyası minalanmış ərazilərin xəritələrinin alınmasında vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə minnətdarlığını bildirir.  

 Xatırladaq ki, bundan əvvəl Ermənistan tərəfi saxlanılan hərbçilərin müqabilində Füzuli, Ağdam və Cəbrayıl rayonlarının mina xəritələrini təqdim etmişdi.  Ermənilər tərəfindən bu dəfə hansı rayonların xəritələri verildiyi barədə məlumat verilmir. 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN