booked.net booked.net  

 

Təəssüflər olsun, bəzən ani bir əsəbi vəziyyət gələcəkdə ən ağır cinayətə sürükləyəcək əmələ hakim olur...

Belə ki, dekabrın 4-ü saat 16 radələrində Cəlilabad rayonu, Sabirabad kənd sakini 1999-cu il təvəllüdlü Vüsal Əliyevin yaşadığı kənd ərazisində bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi  barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumatda bildirilir ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin həmkəndlisi 1976-cı il təvəllüdlü Akif Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsal Əliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirmiş, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölmüşdür. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. Akif Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

İndi səbrsizlik edib həmkəndlisini qətlə yetirən ən azı 12-14 il həmsxanada səbr edib azadlığa çıxacağı günü gözləməli olacaq...

A.Məmmdəli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN