booked.netbooked.net booked.net  

Ermənistanın baş naziri deyəsən başını itirib.

 

Belə ki, Paşinyan  beynəlxalq ictimaiyyəti “öz vətənlərində yaşamaq hüququ uğrunda mübarizə aparan” Qarabağ ermənilərinə kömək etməyə çağırıb. Lakin o deyib ki, guya Azərbaycan beynəlxalq təşkilatların regiona çıxışını əngəlləyir. Sitatında deyir: “Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı öz ideyalarını təqdim edib, burada beş əsas məqam var. Söhbət bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, sərhədlərin demarkasiyası və delimitasiyasından, bir-birinə qarşı ərazi iddialarının olmamasından gedir. Bu təkliflərdə bizim üçün qəbuledilməz olan heç nə yoxdur, lakin bütün məsələləri əhatə etmir. Biz təhlükəsizlik məsələlərini, Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və Dağlıq Qarabağın yekun statusunu gündəmə gətirmişik. Aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Prezidenti ilə bu məsələni müzakirə etdik. Dedim ki, bizə təklif olunan məqamlarda qəbuledilməz heç nə yoxdur. Əgər Azərbaycan tərəfi iki ideyanı birləşdirməyə və bu əsasda danışıqlara başlamağa razı olarsa, o zaman biz buna hazırıq. Lakin Azərbaycan son vaxtlar bəyanatlar verir ki, danışıqlar masasında yalnız Azərbaycanın təklifləri var. Bu, Brüsseldəki razılaşmalara uyğun deyil. Bu gün mən öz mövqeyimi bir daha təsdiq etməliyəm ki, biz bu prinsiplər əsasında danışıqlara hazırıq”.

Paşinyanın bu bəyanatını ağlını və yaddaşını itirmiş adamın sözü kimi də qəbul etmək olar. Olsun! İgidlərimizin 44 günlük müharibədəki zərbələri belə dərin təsirli iz buraxıb... Amma Paşinyanın bu sözünə gülməmək olmur. Deyir: "Bu gün Azərbaycanda ən azı 38 məhbusumuz qalıb. Sonuncu dəfə Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə Azərbaycan prezidenti daha bir qrup məhbusu azad edəcəyinə söz vermişdi, lakin bu, hələ baş verməyib”.

Adama sual verən hələki yoxdur ki, Paşinyan, sənin bu 38 məhbusun Azərbaycanda neyləyirmiş ki, məhkəmə hökmlərinə tuş gəlib? Məgər Azərbaycan onları İrəvandan tutub gətirib? Onlar Qarabağda terror törətmək istəyərkən ələ keçiblər və əsir düşüblər.

Sevinc MURADXANLI

 
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN