booked.netbooked.net booked.net  

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ənənəsinə sadiq qalaraq növbəti dəfə Hövsan  bağlarına jurnalistlərin mediaturunu təşkil etmişdir...

Jurnalistlər günün ikinci yarısında Hövsan qəsəbəsi ərazisindəki zeytun bağlarında yetişmiş zeytun yığımında iştirak etdilər. Ekologiya nazirinin müavini Firdovsi Əliyev jurnalistlərlə söhbətində maraqlı məlumatlar verdi.
Nazir müavini "Təzadlar"a açıqlamasında bildirdi ki, neçə il əvvəl salınmış bu zeytun bağları artıq bar verməkdədir: "...Bu il yenə də yeni bağların salınması davam edəcək... Noyabrda isə Müşfiqabad ərazisində təkcə bir gündə 110 min ədəd müxtəlif növ ağac əkiləcək... Bu iş, həmçinin Qarabağın erməni işğalından azad edilmiş ərazilərində də davam etdiriləcək..."

Jurnalistlər ərazidəki şitillik əraziləri ilə tanış oldular, zeytun yığımında iştirak etdilər.

Sonda daha çox zeytun yığan jurnalistlərə zeytun məhsullarından ibarət məhsullar hədiyyə edildi, xatirə şəkli çəkildi.

Hədiyyə alan jurnalistlər arasında "Təzadlar"ın baş redaktoru Asif Mərzili və Yasəmən Məmmədli də var idi.

A.Məmmədli







 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN