booked.netbooked.net booked.net  

Bu Zəfərin şəriksiz müəllifi Ali Baş Komandan İlham Əliyevdir!

Vaqif Abdullayev,

professor

…Son günlər Azərbaycanın 44 günlük Vətən Savaşında qazandığı Möhtəşəm Qələbəyə “şərik çıxmaq”, kimlərinsə bu Zəfərdə “payının” olmasına dair məntiqsiz və absurd fikirlərə rast gəlməkdəyik.

 Birmənalı və Qəti olaraq bilmək lazımdır ki, Zəfərin müəllifi Ali Baş Komandan İlham Əliyevdir, Azərbaycan Xalqıdır!

Qarabağı, Şuşanı Ali Baş Komandan və Onun Müzəffər Ordusu qanı-canı bahasına, dişi-dırnağı ilə erməni işğalçılarından azad etdi. Şuşa hansısa din xadiminin fətvası, dərviş Məstəli Şahların “sehirli çubuğu” ilə deyil, peşəkar və güclü Ordunun əsgərlərinin hər qarşında tökdüyü qanı ilə qurtarıldı.

Heç kimin Qarabağ mövsusunda nə siyasi, nə dini alver etməyə mənəvi haqqı yoxdur. Bu, şəhidlərimizin ruhuna qarşı hörmətsizlikdir, cəsur qazilərimizə qarşı sayğısızlıq və nəzakətsizlikdir.

Vətən savaşına ölkənin Siyasi Lideri, Ali Baş Komandanı başçılıq edib, Orduya Əmri Ali Baş Komandan verib və Qələbənin də müjdəsini ölkənin Ali Siyasi Lideri verib. Və Qələbəni Ali Baş Komandan və Onun yenilməz Müzəfər Ordusu qazanıb, hansısa dini rütbə sahibinin fətvası yox!!! Əgər fətva ilə qələbə qazanılardısa, niyə bu fətva on, iyirmi il əvvəl verilmirdi? Nəyi gözləyirdilər???

Qələbəmizin rəmzi Xalq-Prezident-Ordudur, Şuşada cəhalət və xurafat deyil, Haqq-Ədalət Zəfər çaldı. Qarabağda Zəfərin simvolu Dəmir Yumruqdur.

Azərbaycan dünyəvi dövlətdir, ölkəmizin Ana Qanunu olan Konstitusiyada da qeyd olunub ki, hər bir millətin, xalqın, dinlərin nümayəndələri eyni hüquq və azadlığa malikdir. Dinindən, dilindən asılı olmayaraq hamımızın bir Vətəni var, hamımız üçün müqəddəs bir amal var, o da müstəqil Azərbaycanın ərazi bütövlüyünün daimi olması, güclü olması, inkişaf etməsidir. Və bunu Vətən savaşında hər bir Vətən övladı öz qeyrəti və vicdanı, qəhrəmanlığı ilə təsdiq etdi.

Qarabağ uğrunda canını fəda edənlərin arasında ruslar, yəhidilər və digər millətlərin nümayəndələri qəhrəmanlıq nümunəsi göstəriblər. Onlar haqq yolunda döyüşüblər! Albert Aqarunov, Denis Əliyev və başqaları bizim şəhid qəhrəmanlarımızdır. Onlar Qarabağa döyüşə din üçün deyil, Ana Vətən olan Azərbaycanın xilası üçün, erməni terrorizmini məhv etməkdən ötrü  yollanmışdılar. Onlar üçün Qarabağ namus, qeyrət, millət ünvanı idi, onlar Vətən savaşına Azərbaycanın müqəddəs üçrəngli bayrağını öpərək yollanmışdı və şəhid olduqda da üçrəngli bayrağa bükülərək yolunda şəhid olduqları torpaqda dəfn edildilər.

Qarabağın İslam torpağı olması da hər kəsə bəllidır, bunu dünyanın bütün dövlətləri bilir. Ancaq təəssüf ki, xristian dünyası bir yana, islam ölkələri 30 il ərzində Qarabağda, Şuşada məcsidlərdə donuz saxlayan, dini ocaqlarımızı, abidələrimizi təhqir edən erməni faşizminə təpki göstərmədilər, etiraz bəyanatı vermədilər. Axı, müsəlmanların ən mübhəm və müqəddəs ünvanları təhqir edilirdi, niyə buna susqun qalırdılar? Ancaq halbuki islam ölkəsi olmayan İsrail Ermənistanın işğalına, tarixi və dini soyqırım siyasətinə ən çox təpki göstərən ölkə olub, onu hər zaman işğalçı adlandırıb.

Onu da birdəfəlik dərk etmək lazımdır ki, Azərbaycanda din dövlətdən ayrıdır, ölkəmizin inkişaf yolu sivil və demokratik, dünyəvi dövlətin atributlarıdır.

Ali Baş Komandan İlham Əliyevdən ülvi və saf niyyətli, dini inanclı, imanlı, bütün dini təriqət və konvensiyalara dərin ehtiram göstərən, tolerant və multikultural İnsan-dövlət xadimi yoxdur. Onun dinimizə olan sonsuz ehtiramının kökündə də bir millilik dayanır, vicdanlı yanaşma durur. Dövlət başçımız dünyəvi bir dövlətin sahibidir və müdrik qərarlarında da bir dünyəvilik vardır. Hər bir Uğurun da təminatçısı demokratik qərarlardır, dünyəvi düşüncədir. Heç kimin statusu İlham Əliyevin Ali Statusundan üstün deyildir. Cənab İlham Əliyev nəinki bütün Qafqazın, regionun lideridir, O həm də dünyanın ən praqmatik, dərin zehn və təfəkkürə malik istedadlı Siyasi xadimidir. Ölkənin inkişafını və gələcəyini də məhz bu cür dahi, uzaqgörən Siyasi Liderlər müəyyən edirlər!

Vaqif Abdullayev, professor

…Son günlər Azərbaycanın 44 günlük Vətən Savaşında qazandığı Möhtəşəm Qələbəyə “şərik çıxmaq”, kimlərinsə bu Zəfərdə “payının” olmasına dair məntiqsiz və absurd fikirlərə rast gəlməkdədyik.

 Birmənalı və Qəti olaraq bilmək lazımdır ki, Zəfərin müəllifi Ali Baş Komandan İlham Əliyevdir, Azərbaycan Xalqıdır!

Qarabağı, Şuşanı Ali Baş Komandan və Onun Müzəffər Ordusu qanı-canı bahasına, dişi-dırnağı ilə erməni işğalçılarından azad etdi. Şuşa hansısa din xadiminin fətvası, dərviş Məstəli Şahların “sehirli cubuğu” ilə deyil, peşəkar və güclü Ordunun əsgərlərinin hər qarşında tökdüyü qanı ilə qurtarıldı.

Heç kimin Qarabağ mövsusunda nə siyasi, nə dini alver etməyə mənəvi haqqı yoxdur. Bu, şəhidlərimizin ruhuna qarşı hörmətsizlikdir, cəsur qazilərimizə qarşı sayğısızlıq və nəzakətsizlikdir.

Vətən savaşına ölkənin Siyasi Lideri, Ali Baş Komandanı başçılıq edib, Orduya Əmri Ali Baş Komandan verib və Qələbənin də müjdəsini ölkənin Ali Siyasi Lideri verib. Və Qələbəni Ali Baş Komandan və Onun yenilməz Müzəfər Ordusu qazanıb, hansısa dini rütbə sahibinin fətvası yox!!! Əgər fətva ilə qələbə qazanılardısa, niyə bu fətva on, iyirmi il əvvəl verilmirdi? Nəyi gözləyirdilər???

Qələbəmizin rəmzi Xalq-Prezident-Ordudur, Şuşada cəhalət və xurafat deyil, Haqq-Ədalət Zəfər çaldı. Qarabağda Zəfərin simvolu Dəmir Yumruqdur.

Azərbaycan dünyəvi dövlətdir, ölkəmizin Ana Qanunu olan Konstitusiyada da qeyd olunub ki, hər bir millətin, xalqın, dinlərin nümayəndələri eyni hüquq və azadlığa malikdir. Dinindən, dilindən asılı olmayaraq hamımızın bir Vətəni var, hamımız üçün müqəddəs bir amal var, o da müstəqil Azərbaycanın ərazi bütövlüyünün daimi olması, güclü olması, inkişaf etməsidir. Və bunu Vətən savaşında hər bir Vətən övladı öz qeyrəti və vicdanı, qəhrəmanlığı ilə təsdiq etdi.

Qarabağ uğrunda canını fəda edənlərin arasında ruslar, yəhidilər və digər millətlərin nümayəndələri qəhrəmanlıq nümunəsi göstəriblər. Onlar haqq yolunda döyüşüblər! Albert Aqarunov, Denis Əliyev və başqaları bizim şəhid qəhrəmanlarımızdır. Onlar Qarabağa döyüşə din üçün deyil, Ana Vətən olan Azərbaycanın xilası üçün, erməni terrorizmini məhv etməkdən ötrü  yollanmışdılar. Onlar üçün Qarabağ namus, qeyrət, millət ünvanı idi, onlar Vətən savaşına Azərbaycanın müqəddəs üçrəngli bayrağını öpərək yollanmışdı və şəhid olduqda da üçrəngli bayrağa bükülərək yolunda şəhid olduqları torpaqda dəfn edildilər.

Qarabağın İslam torpağı olması da hər kəsə bəllidır, bunu dünyanın bütün dövlətləri bilir. Ancaq təəssüf ki, xristian dünyası bir yana, islam ölkələri 30 il ərzində Qarabağda, Şuşada məcsidlərdə donuz saxlayan, dini ocaqlarımızı, abidələrimizi təhqir edən erməni faşizminə təpki göstərmədilər, etiraz bəyanatı vermədilər. Axı, müsəlmanların ən mübhəm və müqəddəs ünvanları təhqir edilirdi, niyə buna susqun qalırdılar? Ancaq halbuki islam ölkəsi olmayan İsrail Ermənistanın işğalına, tarixi və dini soyqırım siyasətinə ən çox təpki göstərən ölkə olub, onu hər zaman işğalçı adlandırıb.

Onu da birdəfəlik dərk etmək lazımdır ki, Azərbaycanda din dövlətdən ayrıdır, ölkəmizin inkişaf yolu sivil və demokratik, dünyəvi dövlətin atributlarıdır.

Ali Baş Komandan İlham Əliyevdən ülvi və saf niyyətli, dini inanclı, imanlı, bütün dini təriqət və konvensiyalara dərin ehtiram göstərən, tolerant və multikultural İnsan-dövlət xadimi yoxdur. Onun dinimizə olan sonsuz ehtiramının kökündə də bir millilik dayanır, vicdanlı yanaşma durur. Dövlət başçımız dünyəvi bir dövlətin sahibidir və müdrik qərarlarında da bir dünyəvilik vardır. Hər bir Uğurun da təminatçısı demokratik qərarlardır, dünyəvi düşüncədir. Heç kimin statusu İlham Əliyevin Ali Statusundan üstün deyildir. Cənab İlham Əliyev nəinki bütün Qafqazın, regionun lideridir, O həm də dünyanın ən praqmatik, dərin zehn və təfəkkürə malik istedadlı Siyasi xadimidir. Ölkənin inkişafını və gələcəyini də məhz bu cür dahi, uzaqgörən Siyasi Liderlər müəyyən edirlər!

Təqdim etdi: A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN