"Mətn yaza bilməyən adam jurnalist deyil".

Bunu KİV-ə müsahibəsində Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib.

O, jurnalistikanın hazırkı vəziyyətindən danışarkən televiziya aparıcılarını da tənqid edib.

Elçin Şıxlı konkret ad çakməsə də, efirlərdə "meydan sulayan" bir çox aparıcının savadsızlığından, əlaqəsiz, məntiqsiz cümlələr quraraq gülüş obyektinə çevrilən, danışığını bilməyən, hay-küy salan, tamaşaçı cəlb etmək üçün hoqqabazlıq edənlərdən də danışıb.  

"...Biri əlinə telefon, digəri mikrofon alır, nə gəldi danışır, deyir. Cümlənin nə ayağı var, nə başı, nə də nöqtəsi. Hamısını demirəm, əksəriyyət belədir, onlara elə gəlir ki, radio və televiziyaya çıxdılarsa, bağırıb-çığırıb, “od püskürdüsə” jurnalistdirlər. Həmin adamları oturdub, bir səhifə yazı yazdırsaq, 125 səhv taparıq. Yeni yetişən nəsil elə bilir ki, jurnalistika elə onların gördüyüdür. Onlar da heç nəyi dəyişən deyil. Biabırçılıq olacaq", - deyə tanınmış jurnalist bildirib.

Qeyd edək ki,  Elçin Şıxlı 2001-2014-cü illərdə "Ayna- Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru olub. Hazırda ayna.az saytının baş redktorudur.

P.S. Hörmətli Elçin bəy efirlərdə "od püskürənlərin" adlarını çəkməsə də, düşünürəm ki, hər kəs onları tanıyır. Həm də onların nəyə qadir olduqlarını bilə-bilə həmin şüvənçilərin verilişlərini izləməkdən də əl çəkmirlər...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN