booked.netbooked.net booked.net  

Vaxt var idi Paşinyanın arvadı Anna da Qarabağda “təlimlər” keçirdi, sonda...

Paşinyan Ermənistanda hakimiyyətdə təmsil olunduğu gündən “kreativ” hərbi-siyasi ritorikası, ideoloji çağrıları, təbliğatları və təbliğat subyektləri, qeyri-adekvat hərəkətləri ilə “gündəmdə qalmağı” bacarıb. Hətta Qarabağda Azərbaycanın qəhrəman oğulları onun çərxini yerlə-yeksan edəndə də xüsusi “fənd” işlətdi - ən cəlbedici qadınları (öz arzuları ilə) cəbhə bölgəsinə göndərdi ki, erməni əsgəri geriyə - Ermənistana qaçmasın…

***

Bu gün Nikol Paşinyan parlamentdə bildirib ki, Ermənistan hakimiyyəti ölkənin Silahlı Qüvvələrinə daha çox qadın cəlb etməyi planlaşdırır. O, qadınların Silahlı Qüvvələrin döyüş hissələrinə daha çox cəlb edilməsinin vacibliyini vurğulayaraq bildirib ki, qadınları cəlb etməklə bağlı tezisin ideoloji əsası yoxdur, bu qərar yalnız praqmatik hesablamadan qaynaqlanır...

O, bunu  qadınların ölkə əhalisinin əksəriyyətini təşkil etməsi və onların potensialından müxtəlif sahələrdə (müdafiədən iqtisadiyyata qədər) istifadə etməyə ehtiyac olması ilə əsaslandırıb…

Xatırladaq ki, Qarabağda 44 günlük Vətən Müharibəsində Ermənistan Ordusu darmadağın edildi, rəsmi açıqlamalara görə, dörd minədək erməni əsgər ölüb, 200-dən artıq isə itkin düşüb.

Bəli, vaxt var idi Anna Akobyan “Qadınlar sülh naminə” pərdəsi altında erməni qadınları döyüş dərsləri keçilməsi üçün Qarabağa gətirirdi. “Sülh” arzulayan erməni qadınlara təlimi Qarabağdakı separatçı rejimin “müdafiə ordusunun” zabitləri keçirdi. Anna da mövqelərimiz istiqamətində silah tuşlayırdı və tuşladırdı.

Və xatırladaq ki,  2 il öncə Azərbaycanın birinci ledisi Mehriban Əliyeva "Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir!" kimi post paylaşmışdı. Akobyan isə utanıb xəcalət çəkmədən, Ermənistanın təcavüzkarlığını əks etdirərək Mehriban xanımı Qarabağa qonaq qismində dəvət etməsi barədə paylaşım etmişdi…Anna Akobyan “dəvətinin” cavabını çox gözəl aldı. Düz 1 il sonra Azərbaycanın birinci vitse prezidenti, birinci ledisi Şuşada Cıdır düzündə muğama həm özü qulaq asdı, həm də bütün dünyaya və o cümlədən ermənilərə də qulaq asdırdı!

JASMİN

P.S.  Ermənistan Parlamentində ordunun modernləşməsindən danışan Ermənistan hökumətinin başçısı bu prosesdə Rusiyanın rolunu vurğulayaraq bildirib ki, bu mövzuda artıq Moskva ilə konkret razılaşmalar əldə edilib... Düşünürəm ki, bu modernləşmiş “ordu” Azərbyacana qarşı döyüşə hazırlanırsa, vay o “ordunun” halına. Qəlbində Vətən sevgisi olan comərd igidlərimizin sahib olduqları ruh yenidən dəmir yumruğa dönüb yağı düşmənin başını əzməyə hazırdır, hər nə qədər “modernləşənlərə” modern etmək vədi verənlər barədə səsləndirilən mesajlara baxmayaraq… 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN