booked.netbooked.net booked.net  

 

Rahib Məmmədov-(1976-1987)

Bu gün 28 Gürcüstan vətəndaşını seldən xilas edib qəhrəmanlıqla həlak olan Rahib Məmmədovun doğum günüdür

 1987-ci il fevralın 1-dən 2-nə keçən gecə 20 yaşlı azərbaycanlı əsgər - 1976-cı ildə Azərbaycanın Ağdam rayonundakı Mahrızlı kəndində anadan olmuş Rahib Gülmalı oğlu Məmmədov hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonundakı Çaladidi kəndində
böyük fədakarlıq və qəhrəmanlıq göstərərək təbii fəlakət zamanı 28 nəfər sakini
seldən xilas edib və qəhrəmanlıqla həlak olub.

 1967-ci ilin 25 avqustunda Azərbaycanlı əsgər, "Qırmızı Ulduz" ordeni laureatı Rahib Gülmalı oğlu Məmmədov Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. O 1984-cu ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra, Ağdam şəhərində yerləşən Kənd Təsəruffatının Elektrikləşdirilməsi və Mexanikləşdirilməsi Texnikumuna daxil olur. Texnikumda bir illik təhsildən sonra, 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağrılır. Hərbi xidmətini Gürcustan SSR-də, Batumi şəhəri yaxınlığındakı Xeliçavuri qəsəbəsində yerləşən Hərbi hissədə keçir.

Rahib Məmmədov 20 yaşında ikən 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olmuşdur.

 Ölümündən sonra o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı ilə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir.

R.Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib. Yerli sakinlər hələ də baş verən fəlakət zamanı azərbaycanlı əsgərin qəhrəmanlığından danışır, onun xatirəsini həmişə əziz tuturlar. R.Məmmədov həlak olan gün kənddə doğulmuş oğlan uşağını qəhrəmanın şərəfinə Rahib (Rahib Çanturiya) adlandırıblar.

 Gürcüstanın Çaladidi kəndində abidəsi qoyulmuşdur. 2012-ci ildə abidə təmir edilmişdir. Abidə üzərində ingilis və gürcü dillərində həkk olunmuş mətndə deyilir:

"1987-ci ildə baş vermiş sel daşqınları zamanı onlarla insanı həyatı bahasına xilas etmiş azərbaycanlı əsgər Rahib Məmmədovun işıqlı xatirəsinə minnətdarlıq duyğusu ilə".

1997-ci ildə Rahib Məmmədovun xatirəsinə Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda beynəlxalq boks turniri keçiriblər.
Qeyd edək ki, Rahib Məmmədovun xatirəsi Azərbaycan xalqı tərəfindən də daim əziz tutulur.
Rahibin oxuduğu orta məktəbdə İntiqam Əsədovun rəhbərliyi ilə Rahib Məmmədov adına muzey yaradılmışdır.
Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində və Marneuli rayonun Candar kəndində Rahib Məmmədov adına küçələr var.

 Gürcüstanda baş verən təbii fəlakət zamanı insanları xilas edərkən qəhrəmanlıqla həlak olan Rahib Məmmədovun xatirəsi Azərbaycan və gürcü xalqları tərəfindən daim ehtiramla anılır və yad edilir.

 ***

Səfərov Ramil Sahib oğlu

Azərbaycanlı hərbçi, polkovnik-leytenant Səfərov Ramil Sahib oğlu Cəbrayıl rayonunda dünyaya gəlib.

Uşaqlıqdan hərbiçi olmaq arzusunda olub ve orta məktəbin 8-ci sinfini başa vurandan sonra 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Türkiyədə Quru Qoşunları Məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib.

2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

4 oktyabr 2009-cu ildə anası Nübar Səfərova vəfat edib.

Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilmişdir.

***

Samanta Smit (1972-1985)

 

1982-ci ilin noyabrında, soyuq müharibənin qızğın çağında Sov.İKP MK-nın yeni Baş katibi Yuri Andropova yazdığı məktub sayəsində məşhurlaşan, ABŞ-ın Men ştatından olan məktəbli qız Samanta Rid Smit atası ilə birlikdə düşdüyü aviaqəza nəticəsində 13 yaşında faciəli şəkildə həlak olmuşdur.
Samanta Smit 29 iyun 1972-ci ildə Amerikada doğulmuşdur.

1983-cü il 7-22 iyul tarixlərində Andropovun dəvətinə əsasən ailəsi ilə birlikdə SSRİ-ni ziyarət etdi.

Moskvada, Leninqradda və Krımdakı "Artek" pioner düşərgəsində oldu. SSRİ-dən ayrılarkən işlətdiyi "Yaşayacağıq!" (rus. Будем жить!) ifadəsi onun öz suallarına cavab aldığını əks etdirən ifadə kimi yaddaşlarda qalmışdır.

Samanta öz təəssüratlarını vətəninə qayıtdıqdan sonra yazdığı "Sovet İttifaqına səyahət" adlı kitabda ifadə etmişdi.

Hər il iyun ayının ilk bazar ertəsi Men ştatında Samanta Smit günü kimi qeyd edilir. Auqusta şəhərindəki Men Dövlət Muzeyinin yanında əlindəki göyərçini havaya buraxan və yanında balaca ayı balası oturmuş Samanta Smitin heykəli qoyulmuşdur. Ayı balası Men ştatını və SSRİ-ni simvolizə edir.

 ***

Xudaverdi Məhəmməd oğlu Abbasov (1957-1992)

 "Azərbaycan Bayrağı" ordenli Qarabağ döyüşçüsü Xudaverdi Məhəmməd oğlu Abbasov vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.
Xudaverdi Abbasov 9 noyabr 1957-ci ildə Agcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Kəhrizli kənd orta məktəbində 10 il təhsil alıb. Bakı şəhərindəki texniki peşə məktəblərinin birində elektrik qaynaqcısı peşəsinə yiyələnib. 1977-ci ildə ailəliklə Agdam rayonuna köcüblər. Moldaviyada hərbi xidmətdə olub. Orada yaxşı xidmət etdiyinə görə komandanlıq tərəfindən müxtəlif fəxri fərmanlara layiq görülüb. Xudaverdi hərbi xidməti başa vurduqdan sonra Agdama qayıdıb. Rayonda elektrik qaynaqcısı peşəsində calışıb.
1992-ci ilin fevral ayında "Qarabagın müdafiə Şahinləri" dəstəsində döyüşməyə başlayıb. Rota komandiri kimi bütün tapşırıqları layiqincə yerinə yetirib. Naxcivanik, Kətik, Xramort kəndləri ugrunda vuruşub. Xanabad, Orta kənd, Kasaped, Dəmirlər, Aterk əməliyyatlarında, Canyataq, Gülyataq kəndlərinin müdafiəsində böyük qəhrəmanlıqlar göstərib. Xocalı faciəsi zamanı yüzlərlə soydaşımızın xilas olunmasında iştirak edib.
Xudaverdi Abbasovun Agdərə rayonunun Mehmanə kəndinin azad edilməsində əvəzsiz şücaəti olub. Kəndin müdafiəsini onun komandirlik etdiyi rota təmin edirdi. Ermənilərin Mehmanə kəndinə növbəti hücumu zamanı igid döyüşcü düşmənlə son nəfəsinədək döyüşüb, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib və elə bu döyüşdə də 24 avqust 1992-ci ildə qəhrəmanlıqla Şəhid olub. 25 avqust tarixində Xudaverdi Abbasov Kəhrizli kənd qəbiristanlıgında torpaga tapşırılıb.
16 sentyabr 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən Xudaverdi Abbasova "Hərbi Xidmətlərə görə" medalı təltif edilmişdir.

 ***

 Ramazan Dünyamalı oğlu Quliyev –(1961-1993)

 

1993 - Kəşfiyyatçı Ramazan Dünyamalı oğlu Quliyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Ramazan Quliyev 9 mart 1961-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub.
1967-1978-ci illərdə Məmmədbəyli kənd orta məktəbində oxumuşdur.
Sürücülük ixtisası üzrə peşə məktəbində təhsil alıb.
1981-1983-cü illərdə Rusiyada hərbi xidmətdə olmuşdur.
9 il Rusiya Federasiyasının Kazan (Tatarıstan) şəhərində yaşamışdır.
1992-ci ildə Zəngilan RHK-dan Milli Orduya çağırılmışdır. Baş çavuş 865-ci hərbi hissənin kəşfiyyatçı manqasının komandiri olmuşdur.
1992-ci ilin iyun ayında 2 erməni quldurunu əsir götürmüş və rayonun Kolluqışlaq kəndində gedən döyüş zamanı 1 tank ələ keçirmişdir.
23 avqust 1993-cü ildə Cəbrayıl rayonunun Minbaşı kəndində ağır yaralanmış və 25 avqust 1993-cü ildə Mərcanlı hospitalında vəfat etmişdir.
Ramazan Quliyev Zəngilan rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Ramazan Quliyevin ölümündən 10 gün sonra yoldaşı Göyərçinin Nişanə adlı qızı anadan olmuşdur.

Baş çavuş Quliyev Ramazan Dünyamalı oğlu (ölümündən sonra) Azərbaycan Respublikasının Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

***

Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN