booked.netbooked.net booked.net  

Çin COVID-19-un mənşəyini araşdırmaq üçün ÜST-ü ABŞ laboratoriyalarını yoxlamağa çağırıb

Çin Xalq Respublikasının (ÇXR) BMT-dəki daimi nümayəndəsi Çen Syuy ABŞ-nin Fort-Detrik şəhərindəki və Şimali Karolina Universitetindəki biolaboratoriyalarda pandemiyaya səbəb olan koronavirusun mənşəyi ilə bağlı araşdırma aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edib.

Bu barədə “Global Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, bu, Çindən diplomatik kanallarla ÜST-ə edilən ilk rəsmi müraciətdir. ÜST-ün rəhbəri Tedros Adanom Qebreyesusa ünvanlanan müraciətdə Çindən olan 25 milyon internet istifadəçisinin adından yazılmış məktub da var.

Nəşr yazır ki, Çen Syuy SARC-CoV-2 virusunun Uhan virusologiya institutundakı sızma nəticəsində insanlara yoluxması barədə fərziyənin ağlabatan olmadığına diqqət çəkib.

“Əgər kimsə hələ də laboratoriya sızıntısı məsələsinin açıq qaldığını düşünürsə, o zaman Fort-Detrikdəki və Şimali Karolina Universitetindəki laboratoriyalar açıq şəkildə araşdırılmalıdır”, - deyə qəzet çinli daimi nümayəndədən sitat gətirib.

Məqalə müəllifləri qeyd edirlər ki, ABŞ ordusunun Uolter Rid adına Elmi-Araşdırmalar İnstitutu Fort-Detrik (Merilend ştatı) şəhərində yerləşir və Pentaqonun idarəçiliyi altında burada yoluxucu xəstəliklər də daxil olmaqla biotibbi tədqiqatlar aparılır. Qəzetin yazdığına görə, Fort-Detrik laboratoriyası Şimali Karolina Universitetinin epidemioloqu Ralf Barikin tədqiqatçı alimlər qrupu ilə əməkdaşlıq edib. Birgə araşdırmaların nəticələri göstərir ki, 2003-cü ilə qədər ABŞ-dəki bu tədqiqat mərkəzləri koronavirusların sintezi və dəyişdirilməsi üçün qabaqcıl texnologiyalara malik idi.

Xatırladaq ki, nə BMT,nə ABŞ koronavirusun mənşəyinin araşdırılması barədə ÜST-ün çağırışlarına rədd cavab verir. ABŞ-ın keçmiş prezidenti Tramp dolayısı yolla virusun laboratoriyada hazırlanmasını bəyan etmişdi. Amma bir müddətdən sona ABŞ administrasiyasında virus barədə materialların itməsini də demişdi. İndi, necə deyərlər, ipin ucu ABŞ-a gedib çıxır. Gözləyək görək ABŞ rəsmiləri bu dəfə Çinin çağırışına cavab verəcəklərmi?

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN