booked.netbooked.net booked.net  

…Bölgəyə sülh yaratmaq adı və bəhanəsi ilə gəlmiş Rusiya Sülhməramlıları nəinki ötən bir illik ümidləri doğrultmayıb…

Həm də əksinə, Azərbaycan ordusunun Xankəndidə və Xocalıda, Ağdərədə… qayda-qanun yaratmaq, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə terrorçuluq əməli ilə xələl gətirən ermənilərin başına ağıl qoymaq missiyasına hələkii imkan verilmir.

Bu arada sülhməramlıların komandanı, general  Rüstəm Muradovun səlahiyyət müddəti bitdi deyə onu başqası əvəz etdi. Bəs Muradov getdi, Qarabağda vəziyyət necə dəyişəsək?

Politoloq Azər Qasımov bu suala maraqlı siyasi çalarlarla belə cavab verir:

- Sülhməramlıların rəhbəri R.Müradovun dəyişməsi xəbəri hesab edirəm ki, Rusiyanın Qarabağda vəziyyəti gərginləşdirmək məqsədi güddüyünün xəbərçisidir. Azərbaycanın da bu xəbərlərlə paralel Türkiyə ilə birlikdə Laçında hərbi təlimlərə başlaması heç də təsadüfi görünmür. Sülhməramlıların statusu barədə iki tərəf arasında da xəbərdaredici duel ritorikası səsləndirilir. Görünən odur ki, pərdə arxasında vəziyyət gərgindir. Amma Rusiyanın Qarabağda vəziyyəti gərginləşdirmək cəhdi onun planlarına zərbə olar. Qarabağda güclə yaşayan üç-beş erməni var, onlar da qaçırr…Rusiya elə rıçaqlarda gərginlik yarada bilər ki, ümumiyyətlə, bilavasitə konkret şəraitlə əlaqəli olmasın, yəni erməni əhali narahat olmayacaq, amma… Gərginlik ritorikada, sərhəddə və "sülhməramlıların" əməllərində ola bilər. Azərbaycan, hesab edirəm ki, Rusiyanın üzərinə açıq və birbaşa ritorika ilə getməlidir. Bir daha qeyd etmək istəyirəm ki, Rusiya qanuna oynayır. Rusiya Müdafiə Nazirliyinin saytındakı provakasion yazının sonradan dərhal silinməsi də göstərir ki, üzdə heç nə edə bilmirlər, ancaq Rusiya pərdə arxasından təzyiq edir. Açıq təzyiq olacağı halda isə, şübhəsiz, bir yol qalır: Türkiyə-Pakistan birliyi regiona rəsmi qaydada girməlidir.

***

 Bəli, Rusiya hazırda Qarabağın deyil, ermənilərin də deyil, özünün Qarabağdakı taleyini düşünür və dilemma qarşısındadır: bölgədə daha tez sülhə nail olunarsa, onda Rusiya Qarabağdan çıxıb getməlidir. Bu isə Moskvaya qətiyyən sərf etmir… Deməli, Rusiya təbii olaraq bölgədə gərginlik yaranmasında maraqlıdır, çünki gərginlik olarsa, ona ehtiyac olacaq və Rusiyanın hərbi kontingenti Qarabağda arzuladığı müddətdə qalmalı olacaq.

O biri tərəfdən, məlum müqaviləyə-sazişə görə isə, minimum 5 il ərzində bölgədə sülh prosesi başa çatmalıdır. Bunu isə Azərbaycan diqtə edir. Artıq Türkiyənin Azərbaycanla hərbi təlimlərinə start verilib… Ardınca isə yəqin ki, Pakistanla belə təlimlər baş tutacaq…

Asif MƏRZİLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN