booked.netbooked.net booked.net  

RTÜK Azərbaycan diaspor təşkilatının müraciəti əsasında “Kudüs TV”-ni cərimələyib

Diaspora Komitəsindən bildirilib ki, Türkiyədə fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin sədri Ədalət Turanın “Kudüs TV” adlı Türkiyə telekanalında mütəmadi olaraq Azərbaycanla bağlı qaralama kampaniyasının aparıldığı barədə  bu ölkədə teleradio fəaliyyətini tənzimləyən Radio və Televiziya Üst Quruluna (RTÜK), eləcə də Rabitə naziri Fəxrəddin Altuna ünvanladığı müraciət müsbət nəticəsini verib.

Ədalət Turan müraciətində “Kudüs TV” adlı Türkiyə telekanalında mütəmadi olaraq xalqın iradəsi ilə ölkəsinin milli maraqları çərçivəsində fəaliyyət göstərən Azərbaycan hökumətinin siyasətinin qaralandığını, ölkəmizin xarici siyasətinin aşağılandığını bildirib. O, son dəfə 8 oktyabr 2021-ci ildə “Üçüncü Göz” proqramının aparıcısı Nurəddin Şirinin Azərbaycanla bağlı danışarkən iftira və həqarətə yol verdiyini, bunu isə həm Azərbaycan xalqının, həm Türkiyənin Azərbaycan əsilli vətəndaşlarının, həm də Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının hiddətlə qarşıladığını bildirib, “Kudüs TV” barəsində tədbir görülməsini tələb edib.

Müraciəti araşdıran RTÜK “Kudüs TV” barəsində pul cəzası qərarı çıxarıb.

Qeyd edək ki, Kanal 2008-ci ildə Nurəddin Şirin tərəfindən qurulub və internet üzərindən yayımlanmağa başlayıb. Kudüs TV 2013-cü ildə peyk üzərindən də yayımlanmağa başlayıb. Məlumata görə,1 noyabr 2016-cı ildə Türkiyə Radio və Televiziya Ali Qurumu  tərəfindən kanalın yayımı dayandırılıb, binası möhürlənib və avadanlıqları müsadirə edilib. Kanal 31 dekabr 2016-cı ildə yenidən fəaliyyətə başlayıb.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN