booked.netbooked.net booked.net  

“Sputnik Azərbaycan” saytının baş redaktoru Antonava Tryzno Veranika və onun həyat yoldaşı

Antonov Pavelin Azərbaycanda müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilib və onların müvəqqəti yaşama icazələri ləğv edilib.

Dövlət Miqrasiya Xidmətinin saytında verilən məlumata görə, Belarus vətəndaşı olan hər iki şəxs 10 gün ərzində ölkəni tərk etmək məcburiyyətindədirlər.

Qeyd edək ki, erməni və ermənipərəst Marqarita Simonyanın Azərbaycandakı tör-töküntüləri olan "Sputnik Azərbaycan"ın ölkəmizdə necə fəaliyyət göstərməsi hamıya məlumdur. 

Onlar daima Azərbaycan əleyhinə qondarma və böhtan dolu məlumatlar yayımlayaraq, düşmən dəyirmanına su tökməklə məşğul olublar. 

Tanınmış ziyalılar, jurnalistlər, həmçinin deputatlar Simonyanın "fəaliyyətinin" iç üzünü açmış və bu agentliyin Azərbaycandakı fəaliyyətinin təcili qadağan edilməsi ilə bağlı açıqlamalar vermişlər.

Hətta bununla bağlı  bir neçə ay bundan əvvəl deputat Vahid Əhmədov da Milli Məclisin iclasındakı çıxışı zamanı adı çəkilən agentliyin bağlanması üçün Media İnkişafı Agentliyinə və Mətbuat Şurasına müraciət edib.

İndi şef redaktor və ərinə Miqrasiya Xidmətindən "yox" deyilib və onlar gedirlər. Ümid edək ki, birdəfəlik!

P.S. Qəzetimizdə bununla bağlı tanınmış yazarların yazıları da dərc edilmişdi.

Bu linklərə daxil olaraq tanış ola bilərsiniz:

https://tezadlar.az/index.php/en/politics/7615-sputni-k-i-di-domoy-spu-ni-idi-d-i

 https://tezadlar.az/index.php/en/video-news/culture/7607-sputni-k-armeni-ya-bakida-at-oynadir

JASMİN

 


Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN