booked.net booked.net  

Ukraynanın “Holos” partiyasının xaricdə olan lideri, deputat Kira Rudık pasportunun əlindən alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Tezadlar.az  "Ukrainskaya pravda"ya istinadla bildirir ki, deputat deyib: "Rəsmi olaraq elan edirəm: Mən həqiqətən də Ukraynadan kənarda işgüzar səfərdəyəm. Pasportum var. Nə itirilib, nə də götürülüb. Bir həftə əvvəl sərhədi keçdim. Pasportun “itirilməsi” ilə bağlı “xəbər” niyə məhz bu gün ortaya çıxdı - bilmirəm".

Deputat çıxışında ölkə daxilində birliyə və daxili çəkişmələrə son verməyə çağırıb.

Lakin hüquq mühafizə orqanları bildirib ki, Rudıkin pasportu həqiqətən də müsadirə edilib, bu pasportun etibarsız olduğu və onun sərhədi keçmək istədiyi məlum olub. Tezliklə xalq deputatı başqa, artıq qüvvədə olan sənəd təqdim edərək Ukraynanı tərk edə bilib. 

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN