booked.net booked.net  

"Bu, Milli Hərəkat üçün çox şeyi dəyişəcək, Gürcüstan siyasəti üçün Gürcüstan tarixinin ən mühüm səhifəsi bağlanacaq".

Tezadlar.az xəbər verir ki, bu sözləri deputat, “Milli Hərəkat”ın keçmiş sədri Qriqol Vaşadze, sabiq prezident Mixeil Saakaşvilinin vəklinin yaydığı bəyanata cavab olaraq bildirib. “Viva Med” klinikasında Saakaşvili ilə görüşə gedən deputat deyib ki, onun xaricə köçürülməsi üçün beynəlxalq səviyyədə çoxlu insanlar çalışır: “Bir çox insanlar Saakaşvilini mümkün qədər tez hansısa qərb ölkələrində, çox peşəkar tibb müəssisəsinə köçürmək üçün çalışırlar”, - deyə Qriqol Vaşadze bildirib.

Gürcüstan hakimiyyəti isə Saakaşvilinin həbsdən buraxılmasına hələki tələsmir. Siyasi hakimiyyətdəkilər hesab edirlər ki, onun həbsdən buraxılması ölkədə siyasi müxalifəti ürəkləndirəcək.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN