Prezident İlham Əliyev Xəzər Zafir oğlu İbrahimin Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam verib.

Bu barədə Prezidentin rəsmi internet saytında məlumat yer alıb. Məlumata görə, Sərəncamla Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin digər Sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Rəşad Məmmədov kimdir?

Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973-cü ildə Gəncə şəhərində anadan olub.

1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2004-cü ildə G.Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını, 2020-ci ildə isə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib. 

Əmək fəaliyyəti:

1990–1992 — Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb;

1992–1994 — Həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi botalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib;

1995–1996 — Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub;

1996–2000 — Bakı Hərbi Prokurorunun köməkçisi;

2000–2001 — Azərbaycan Respublikası Xariciİşlər Nazirliyi MDB idarəsində attaşe;

2001–2006 — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib;

2006–2008 — Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq Hüquqməsələləri şöbəsinin müdiri;

2008–2010 — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib;

2010 — Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladəvə Səlahiyyətli Elçi diplomatik rütbəsi verilmişdir;

2010–2015 — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olmuşdur;

2015-2021 — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri.

Rəşad Eynəddin oğlu Məmmədov ingilis və rus dillərini bilir. Evlidir, üç övladı var.

ELBAR

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN