booked.netbooked.net booked.net  

"Gürcüstanın qonşu Azərbaycan və Ermənistanla yaxın münasibətləri və tərəfdaşlığı var, onlar dost və qardaş ölkələrdir".

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili Davos İqtisadi Forumunun panel müzakirəsində çıxışı zamanı deyib. Baş nazir deyib ki, hər iki dövlət lideri ikitərəfli müstəvidə əlaqə yaratmaqda maraqlıdır və bunu düzgün yol hesab edir: “İki il əvvəl mənim vasitəçilik cəhdim oldu. Bizim ilk vasitəçiliyimiz uğurlu oldu, Azərbaycan saxlanılmış 15 ermənini azad etdi və Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritəsini verdi. Bu uğurlu cəhd idi. Lakin bu çox mürəkkəb bir vəziyyətdir. Biz regionda bir çox oyunçuların olduğunu başa düşürük. Əlavə etmək istərdim ki, bilirəm ki, Azərbaycan və Ermənistanın liderlərinin mövqeyi bundan ibarətdir ki, onlar bir-biriləri ilə ikitərəfli səviyyədə əlaqə yaratmaq istəyirlər. Mən şəxsən düşünürəm ki, bu düzgün yoldur, çünki bu qədər çox vasitəçi ilə, bu qədər çox maraqlı tərəflə proses bəzən daha mürəkkəb və qeyri-məhsuldar ola bilər. Ona görə də mən onlara uğurlar arzu edirəm. Mən həqiqətən də ümid edirəm ki, onlar həll tapa biləcəklər və tezliklə sülh müqaviləsini imzalayacaqlar”, - deyə İ. Qaribaşvili bildirib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN