booked.netbooked.net booked.net  

"Ey idman, sən sülhsən!" Müasir Olimpiya hərəkatının banisi Baron Pyer de Kuberten idmana vurğunluğunu belə ifadə etmişdi.

Dünyamızda milyonlarla insanın müharibə dəhşətlərindən əziyyət çəkdiyi bir vaxtda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) milli subyekti Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) Azərbaycanda təntənə ilə qeyd edilən 5 mart Bədən Tərbiyəsi və İdman Gününə həsr etdiyi layihənin leytmotivi də elə unudulmaz idman fədaisinin bu məşhur kəlamı olmuşdu.

Tezadlar.az xatırladır ki, AİJA-nın “İdman və sülh” devizi altında ötən il Bakının “Hədəf” liseyində keçirdiyi ilk tədbir “Azərbaycan uşaqları dünyaya sülh mesajı verir” başlığı ilə elə həmin gün martın 5-də həm AzərTAC, həm də Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının rəsmi saytında yayımlanmışdı. Bir ay sonra AİJA “İdman və sülh” layihəsinin Bakı Avropa Liseyində davam etdirilməsi barədə ətraflı informasiya eyni kanallarla operativ qaydada dünyaya bəyan edildi. Ölkəmizin və müxtəlif ölkələrin populyar saytları, telekanalları, qəzet və jurnalları da bu olayları tirajladılar.

Pakistan İdman Şərhşiləri Federasiyası - Pakistan Sportswriters Federation(PSWF) Azərbaycandakı həmkarlarının müasir dünyamız üçün zamanında təqdim etdikləri bu layihəsindən ruhlanaraq 6 ay sonra “ Sülh və idman” Beynəlxalq Konfransına start verdi.

AİJA nümayəndələri ötən il oktyabrın 30-dan noyabrın 2-dək Pişəvər şəhərində baş tutan bu tədbirə Rumıniyadan, Malayziyadan, Səudiyyə Ərəbistanından, Əfqanıstandan, Şri-Lankadan, Koreyadan gələn həmkarları ilə birlikdə iştirak etdilər.

Konfransda AİJA ilə PSWF arasında dostluq və birgə əməkdaşlıga dair memorandum imzalandı. Memorandum çərçivəsində ötən ilin 20 – 24 dekabrında Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilə Pakistan İdman Yazarları Federasiyasının (PSWF) birgə təşkilatçılığı ilə keçirilən "Rəqəmsal idman jurnalistikası" (Digital Sport Journalism) mövzusunda 5 günlük ödənişsiz beynəlxalq treninqölkəmizlə yanaşı qardaş Pakistandan, Əfqanıstandan, Şri-Lankadan və digər ölkələrdən ingilis dilini bilən 100-dən çox idman jurnalisti və jurnalistika fakültələrinin tələbələri iştirak edərək beynəlxalq sertifikata yiyələndilər.

6dcbe2dd-0e35-48fa-ae47-f7348ea6012a

İştirakçıların göndərdikləri çoxsaylı məktublar, rəylər onu deməyə əsas verir ki, AİJA-nın 1-ci vitse prezidenti, Avropa İdman Mətbuatı İttifaqı (AIPS EUROPE) İcraiyyə Komitəsinin üzvü Nərgiz xanım Mahmudzadənin moderatorluğu, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) prezidenti, dünyaca ünlü La Gazetta dello Sport qəzetinin yaradıcılarından biri və əməkdaşı Canni Merlo (İtaliya), AIPS-in 1-ci vitse prezidenti Esat Yilmaer (Türkiyə), AIPS EUROPE prezidenti Çarlz Kamenzuli (Malta), AIPS ASIA prezidenti Hee Don Jung (Koreya), PSWF prezidenti, AIPS ASIA-nın baş katibi, AIPS İcraiyyə Komitəsinin üzvü Amjad Əziz Malik (Pakistan), dünyaca məşhur idman jurnalisti, AIPS Futbol Komissiyasının sədri, World Soccer jurnalının yazarı Keyr Rednec (Böyük Britaniya), Şri Lanka İdman Jurnalistləri Assosiasiyasının prezidenti Ramkrrish, AİJA-nın 1-ci vitse prezidenti, AIPS EUROPE İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə (Azərbaycan), İctimai Televiziyadan Elnur Əliyev (Azərbaycan) və başqa mentorların iştirakı ilə uğurla ərsəyə gələn bu treninq jurnalistlərin rəqəmsal media sahəsində beynəlxalq təcrübəyə yiyələnmələrinə və bu sahədə peşə vərdişlərini təkmilləşdirmələrinə əhəmiyyətli dərəcədə müsbət təsirini göstərə bildi.

Əvvəlcədən razılaşmaya görə qabaqcıl media qurumlarının fəaliyyəti ilə yaxından tanış olmaq üçün ölkəmizdən treninqdə fəal iştirak edən bir qrup jurnalistin Pakistan paytaxtı İslamabada, qardaş ölkədən olan həmkarlarımızn isə Bakıya səfərləri nəzərdə tutulur.

Bir gün əvvəl qonaqları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında AİJA rəsmiləri qarşıladılar. Bu gün səhər isə qardaş ölkədən gəlmiş gənc jurnalistlər Fəxri Xiyabanı, Ulu Öndərimiz Heydər Əliyevin, görkəmli aftolmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət etdilər.

Milli mətbuatımızın banisi Həsən Bəy Zərdabinin xatirəsi də hörmətlə yad edildi.  Treninq turu iştirakçıları Şəhidlər Xiyabanında uyuyan milli müstəqilliyimiz, ölkəmizin suverenliyi və ərazilərimizin düşmən tapdağından azad edilməsi yolunda canlarından keçən qəhrəmanlarımızın məzarlarına tər çiçəklər düzdülər. Bakımızın simvolları Dağüstü Park, Üç Məşəl, Fantanlar, Filarmoniya, Sahil bağları, İçəri Şəhər, dənizkənarı bülvar pakistanlı jurnalistləri heyran etdi. Qonaqlarımızın Bakıya treninq turu 7 gün davam edəcək. Onlar Pakistan İslam Respublikasının ölkəmizdəki səfirliyində qəbul ediləcək, AzərTac, AzTV, İdman TV, Mətbuat Şurası, tədbirə dəstək verən Milli Olimpiya Komitəsi, Bakı Olimpiya Stadionu, AİJA-nın güləş bölməsi və bir neçə başqa media və idman qurumlarında olacaqlar.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN