booked.netbooked.net booked.net  

Dünən Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Qarşılaşmanı seyr edən Tezadlar.az- ın əməkdaşı xatırladır ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İsveç komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 3-cü və 89-cu dəqiqədə kapitan Emin Mahmudov, 6-cı dəqiqədə isə Renat Dadaşov vurub. 57-ci dəqiqədə Bəhlul Mustafazadə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bununla da yığmamız tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb. Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin 7 xalı var. F qrupunun digər görüşündə Avstriya səfərdə Estoniyanı məğlub edib - 2:0.

Onu da deyək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını səfərdə Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bir məqamı da deyək ki, dünənki yarışda yaddan çıxmayacaq məqamlardan biri də azarkeşlərin azlığı idi. Görünür, komandamızın bundan əvvəlki oyunlarında gözlənilən qələbələrə imza atmaması azarkeşləri həvəsdən salmışdır. İnanırıq ki, bundan sonra stadionlarımızda azarkeşlərə oyunu seyr etmək üçün yer darlığı da yaddaqalan hadisələrdən olacaq.

Elşad

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN