booked.netbooked.net booked.net  

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə bürünc medal qazanıb.
Bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
O, vurğulayıb ki, 7 ölkənini deputatlarının iştirak etdiyi futbol turniri Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunubmuş.
"Noyabrın 23-27-də Türkiyənin Antalya şəhərində Türkiyə Respublikasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq parlamentlərarası futbol turniri keçirilib. Turnirdə Türkiyə, Azərbaycan, Rumıniya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan və Gürcüstan parlamentlərinin komandaları iştirak ediblər", - o, deyib.
Belə ki, həmin turnirdə futbol komandamızı deputatlardan Adil Əliyev, Tahir Mirkişili, Mahir Abbaszadə, Azər Badamov, Məzahir Əfəndiyev, Nurlan Həsənov, Cəbi Quliyev, Naqif Həmzəyev, Vüqar Bayramov, Tural Gəncəliyev, Fərid Hacıyev, İlkin Məmmədov, Aqşin Hümmətov, Emin İmanov, İlham Həsənov, Rüfət Ələkbərov və Təbriz Tağıyev təmsil ediblər.   
"Beynəlxalq turnirdə Azərbaycan Milli Məclisini vitse-spiker Adil Əliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Mahir Abbaszadə, Azər Badamov, Məzahir Əfəndiyev, Nurlan Həsənov, Cəbi Quliyev, Naqif Həmzəyev, Vüqar Bayramov, Tural Gəncəliyev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov, Milli Məclis sədrinin köməkçisi Aqşin Hümmətov, şöbə müdirinin müavini Emin İmanov, Aparat rəhbərinin köməkçisi İlham Həsənov, Parlament Aparatının əməkdaşları Rüfət Ələkpərov və Təbriz Tağıyevdən ibarət futbol komandası təmsil edib. Komandanın baş məşqçisi keçmiş futbolçu İsgəndər Cavadov olub", - Vüqar Bayramov diqqətə çatdırıb.
O, vurğulayıb ki, deputatlardan ibarət olan komandamız 4 öyunun 3-də qələbə qazanıblar.
"B qrupunda mübarizə aparan Milli Məclisin komandası ümumilikdə 4 oyunda 3 qələbə qazanaraq yarışı bürünc medallarla başa vurub. Komandamızın yeganə məğlubiyyəti yarışı çempion kimi tamamlayan Rumıniya komandasına qarşı oyunda qeydə alınıb.
Turnirin final matçında Rumıniya komandası qalib gələrək birinci yerə çıxıb", - deputat bildirib.
Deputatlarımızı futbol turnirində də əzmkarlıq göstərdiklərinə və qələbə qazandıqlarına görə təbrik edirik. Başqa cür ola da bilməzdi: Qalib ölkənin, qalib sərkərdənin deputatları da hər sahədə qalib olmalıdır.
JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN