booked.netbooked.net booked.net  

Azərbaycan Texniki Universitetinin tələbələri təkcə təhsildə deyil, həm də ölkədən kənarda-idman yarışlarında da öz sözlərini deməyi bacarırlar...

Universitetdən "Təzadlar"a bildirilib ki, Türkiyənin Bursa şəhərində Naim Süleymanoğlu adına İdman Kompleksində təşkil olunan Alpaqut Turan döyüş sənəti üzrə 4-cü dünya çempionatı başa çatıb. 23 ölkənin yığma komandalarının iştirak etdiyi çempionat idmançıların gərgin mübarizəsi ilə yadda qalıb. Çempionatda Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin 2-ci kurs tələbəsi Toğrul Zeynallı 55 kq çəki dərəcəsində gümüş medala layiq görülüb. Qeyd edək ki, çempionatın ümumi nəticələrinə görə Azərbaycan komandası 3-cü yeri tutub.

Tələbəmizi və komandamızı ürəkdən təbrik edirik! Yaxşı təhsil və güclü idman uğurların açarıdır! 

ELŞAD

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN