booked.netbooked.net booked.net  

Bu gün “Kitabi-Dədə Qorqud” abidəsinin açılışından on il ötür.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasından "Təzadlar"a verilən məlumata deyilir ki, oxuculara xidmət şöbəsinin əməkdaşları kitabxananın  fəal oxucuları – BDU-nun və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri, könüllülər və gənclər üçün Dədə Qorqud parkına ekskursiya təşkil ediblər. Kitabxananın əməkdaşı Lalə Səlimova bildirdi ki, “Kitabi-Dədə Qorqud” dastanı bir müqəddimə və on iki boydan ibarətdir. Dilimizin, ədəbiyyatımızın, dastan yaradıcılığımızın və mədəniyyətimizin tarixini öyrənməkdə “Kitabi-Dədə Qorqud” böyük əhyəmiyyət kəsb edir. Kitabxananın əməkdaşı Gülnarə Cəlilova qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin 13 dekabr tarixində Bakıda Dədə Qorqud parkının və heykəlinin açılışı olub. Açılışda iştirak edən cənab Prezident bu sözləri söyləyib: “Bu, mənim millətimdir, bu mənim xalqımdır, mən Dədə Qorqud nəvəsiyəm”. 

Ekskursiya iştirakçıları abidənin önünə gül dəstələri qoyaraq xatirə şəkilləri çəkdirdilər.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN