booked.netbooked.net booked.net  

"İTVdə "Maska" verilişi haqda yazmaq istədim. TVdən yox, fb-də paylaşılan hissəcikləri izləmişəm. Hələ ən yaxşı hissələri yəni..."
Bu fikri aparıcı İradə İsak sosial şəbəkə hesabında bildirib. O, İTV-də yayımlanan "Maska" şousunun münsifi Nigar Camal, həmçinin iştirakçıların  adıçəkilən verilişə görə İTV-ni yersiz tərifləmələri barədə iradlarını bildirib.
TEZADLAR.AZ xəbər verir ki, onun sözlərinə görə müğənni Nigar Camal Azərbaycan musiqisindən, dilindən uzaq insandır.
"Müsbətləri öz yerində. Həqiqətən yaxşı hazırlanır. Maskalardan tutmuş çıxışlara qədər. İki məqam ürəyimcə olmadı.
Nigar Camalın ekspert kimi iştirakı doğru deyil. Tamam, xanım Eurovision qalibdir, filan öz yerində. Amma Azərbaycan musiqisindən, dilindən, ənənələrindən uzaq insandır. Demək olar ki, az adam tanıyır. Əgər özləri demiş, məşhur xəfiyyələrin işi qəhrəmanın kimliyini tapmaqdırsa, bu iş qətiyyən onluq deyil. Və hər dəfə də digər iştirakçıların ağzından çıxanları təkrarlamaqla məşğul olur", - o diqqətə çatdırıb.
İradə İsakın fikrincə, verilişin münsiflərindən yalnız Murad Arif uğurlu seçimdir, Nigar Camalı isə Əməkdar artist Teymur Əmrahla əvəz etmək olar.
 
"İkincisi, iştirakçıların yeri gəldi-gəlmədi bu şounu keçirdiyi üçün İTVni, verilişi tərifləməsi, "bizdə də belə layihə çəkilir, ay aman" sözlərini hər dəfə xüsusən qeyd etməsi çox sünilik yaradır. Bu, əziklikdən qurtulmaq gərək. Maska nə İTVnin layihəsidir, nə də burda qeyri-adi nəsə yoxdur. Beynəlxalq layihədir, pulu olan alır, alanla da şərt kəsirlər ki, layihənin mövcud standartlarından çıxmaq, keyfiyyəti aşağı salmaq olmaz. Vəssalam, yoxsa dərhal dayandırılar. Mən bir dəfə də elə bahalı layihəni gətirdiyi üçün Acuna təşəkkür edən bir münsif görmədim. Yəni artıq bu əziklik, yersiz tərif sindromunu bitirmək lazımdır. Qalan hər şey əladır.
Orda da ən doğru münsif olaraq Murad Arifi görürəm. Nigar Camalın yerinə isə kimi görürsünüzsə, təbii Azərbaycan və dünya musiqisini bilən, başı çıxan onun namizədliyini yaza bilərsiniz. Mənə də maraqlı olar. Mən Teymur Əmrah olaraq düşündüm. Həm də adamın şou tərəfləri də var. Maraqlı fikirləri var. Siz də kimi istəsəniz yaza bilərsiniz",- deyə İradə İsak qeyd edib.
JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN