booked.netbooked.net booked.net  

 "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına bundan sonra kimin rəhbərlik edəcəyinə aydınlıq gətirilib.

TEZADLAR.AZ xəbər verir ki, məşhur telejurnalist Dilarə Səlim "Mədəniyyət” telekanalının yeni direktoru təyin edilib.

Bu barədə trend-ə "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən məlumat verilib.

Qeyd edək ki, 3 il əvvəl "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına rəhbərlik Əməkdar incəsənət xadimi Ülviyyə Könülə (Kərimova) tapşırılmışdı.

Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. Daha sonra R.Qasımov keçmiş mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Dilarə Səlim 1968-ci ildə Bakıda anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili tərcüməçiliyi fakültəsini bitirib. 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. "Televiza", "Kinofakt" və "Səhər" verilişlərində müəllif-aparıcı olub. 1994-cü ildə "Mir" Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib. 1997-ci ildə Almaniyanın Gustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib. 2000-ci ildə "ABA" televiziyasında "Kontra" tok-şousunun müəllifi və aparıcısı olub. 2001-ci ildə "İnternyus" televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq "Media və Mən" verilişini hazırlayıb. 2007-ci ildən AzTV-də "Səhər" proqramında müəllif və aparıcı, "Xəbərlər"də isə aparıcı kimi işləyib. "Səadət" qadın proqramının müəllif və aparıcısı olub. 2018-ci ildən AzTV-nin "Mədəniyyət xəbərləri"nin baş redaktoru, "Görüş yeri" verilişinin müəllif və aparıcısıdır.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN