booked.netbooked.net booked.net  

 Yanvarın 12-də Yasamal rayon MKS-inin A.Şaiq adına 2 №-li kitabxana filialı İlqar İbrahimov adına 167 № -li tam orta məktəbdə  “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının  20 illiyi ilə əlaqədar tədbir keçirilib.

Mərkəzi Kitabxanadan "Təzadlar"a bildirilib ki, tədbiri A.Şaiq adına 2 №-li kitabxana filialının müdiri vəzifəsini icra edən  İradə Hüseynova açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamının imzalanmasının 20 illiyi ilə əlaqədar məlumat verib. O qeyd edib ki, Sərəncamla nəşr olunan kitablar Azərbaycanın bütün kitabxanalarına hədiyyə olunub, bununla da onların fondları zənginləşdirilib.  167№-li məktəbin kitabxana müdiri  Məlahət  Rəvanova və ibtidai sinif müəllimi və psixoloq Samirə Məmmədova də  kitabların latın qrafikası ilə nəşr olunmuş Azərbaycan əlifbasında artıq həyatımızın bütün sahələrində tam yerini tutmasının ən vacib məsələlərindən biri olduğunu  söyləyiblər.         Böyük biblioqraf Dəniz Vətəni isə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və müasir dövrdə gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi haqqında məlumat verib.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN